Koçaryanın iddiası üzrə məhkəmə mayın 26-na təxirə salınıb
İrəvandakı məhkəmə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın işinə baxılmasını 26 maya qədər təxirə salıb. DİASPOR.İNFO RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə RİA Novosti-nin müxbiri xəbər verib.
"Məhkəmə, İzmirlyan tibb mərkəzindən Köçəryanın xəstəxanada olması barədə arayış alıb. İşi dinləmək mümkün olmadığını nəzərə alaraq məhkəmənin iclası 26 may saat 13: 00-a təxirə salınıb", deyə iş üzrə hakim Anna Danibekyan məhkəmə iclasında bildirib.
Müəllif: İnam Hacıyev
258