AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI İŞÇİLƏRİ ÜÇÜN AZAD OLUNMUŞ QARABAĞIMIZDA DAHA ÇOX İŞ OLACAQDIR.
Əslində bir çox peşə sahibləri kimi “ Azərbaycan Meliorasiya Və Su Təsərrüfatı ASC-nin “ işçiləri də, zəhmət və məsuliyyət tələb edən sahədə çalışırlar. Bu gün Respublikada ən çox işləyən və heç vaxt reklam olunmayan da, məhz bu sahənin işçiləridir. Həyati əhəmiyyətli sahə olduğu üçün əsasən başları öz işlərinə qarışıb, desəm yanılmaram. Ancaq mənə elə gəlir ki, hər hansı bir sahəyə rəhbərlik edən birinci şəxsdən də, çox şey asılıdır.
Düşünürəm ki, rəhbər sözünü işlədən zaman ilk ağıla Ümummilli liderimiz Heydər Əliyev gəlir. Dünya xəritəsində iynənin ucu qədər kiçik ərazisi olan və bir zamanlar dövlətçilik, suverenliyimiz belə şübhə altında olan zaman rəhbərdən çox şeyin asılı olduğunu məhz Heydər Əliyev sübut etdi. Və məhz dahi liderimiz bu günkü inkişaf etmiş Azərbaycanın təməlini qoydu.
Bu gün isə Ümummilli liderimizin layiqli siyasi varisi olan Cənab Prezident İlham Əliyev qətiyyət nümayiş etdirərək düşmən tapdağı altında qalan Qarabağımızı işğaldan azad edir.
Cənab Ali baş komandanımız Rəşadətli Azərbaycan ordusu ilə ikinci QARABAĞ savaşını tam qələbə ilə başa vurmaq ərəfəsindədir.
Bu da rəhbərin iradəsi və qətiyyətindən xəbər verir.
“ Azərbaycan Meliorasiya Və Su Təsərrüfatı “ sahəsinə də, Əhməd Əhmədzadə kimi bir şəxsiyyət rəhbərlik edir. Əhməd Əhmədzadə Hələ sovetlər birliyi dönəmindən Heydər Əliyev kimi bir şəxsiyyətin ən sevimli kadırı olub. Heydər Əliyev hələ öz gənclik dövrlərindən belə hansı sahədə çalışmasından asılı olmayaraq, insanlara kişiliyinə, mərdliyinə görə də, ayrıca hörmət edirdi. Əhməd Əhmədzadəni yaxşı tanıyanlar bilir ki, onda bir çox müsbət keyfiyyətlər var. Adətən məmurlarda belə keyfiyyətlərin cəm halı olmur. Onun “DOST” kimi dostluq etməyini, sədaqətli məmur kimi dövlətinə, rəhbərinə sadiq olmaq bacarığını, humanistliyi və təəssübkeşliyini, öz sahəsini daha dərin bilməsini Ulu öndər həmişə qiymətləndirib.
Uzun illərdir ki, Şimal-Qərb bölgəsində işləyirəm və mən bir dəfə də, olsun nə sadə vətəndaşlardan, nə də ki, tanıdığım məmurlardan Ə. Əhmədzadə haqqında mənfi fikir eşitmədim. Eşitdiyim kəlmələr yalnız bunlar oldu: Kişi adamdır, hər bir insanı başa düşür və özünü həmin problemi olan insanın yerinə qoymağı bacarır. Buna onun sadəliyi imkan verir. Söhbət Vətəndən, Dövlət və Dövlətçilikdən gedən zaman isə, o, canını fəda edən bir insandır.
Mən bir ziyalı kimi onun rəhbərlik etdiyi sahənin kadrlarının çoxuna bələd deyiləm. Lakin Əhməd Əhmədzadənin xarakterini özündə cəmləyən bir nümayəndəsini tanıyıram. Bu ” Meliorasiya Və Su Təsərrüfatı ASC-nin “ Balakən rayonu üzrə nümayəndəsi Ruslan Poladovdur.
Ruslan Poladov da, öz rəhbərinə sadiq, peşəsini dərindən bilən, demək olar ki, hər gün öz üzərində işləyən bir idarə rəhbəridir. Bu gün regionda elə bir insan tapmaq olmaz ki, Ruslan Poladovun ünvanına mənfi rəy yazsın. Əslində peşəsinə hörmət qoyan, ixtisasını dərindən bilən və rəhbərlik etdiyi kollektivini bir ailə kimi qoruyan, onun qayğısına qalan rəhbəri hamı sevir. Görünür Ruslan müəllim öz rəhbərinin iş təcrübəsindən, peşəkar idarəçilik qabiliyyətindən yetərincə yararlana bilib.
Bütün bunları təcrübədə öyrənmək olar, ancaq elə şeylər də, vardır ki, onlar insanın damarındakı qanla ötürülür. Bu, dövlətinə, rəhbərinə sədaqət, mərdlik, humanistlik və kişilikdir ki, bunlar öyrənilmir, qanla ötürülür. Ruslan Poladov rəhbərlik etdiyi idarə üçün nə qədər dəyərlidirsə, bir o qədər də, nümunəvi dövlət məmuru kimi, dövlətimiz, dövlətçiliyimiz üçün dəyərlidir.
Bu gün vətənimizin bu dar günündə də meliorasiya işçiləri sıralarından da cəbhəyə gedənlər az deyildir. Onlar əmindirlər ki, Vətən yolunda Şəhid olarlarsa işlədikləri kollektiv onların ailəsinin korluq çəkməsinə imkan verməz.
İnanıram ki, Qarabağı tam azad etdikdən sonra Başda Əhməd müəllim olmaqla Ruslan Poladov kimi sədaqətli məmurlar qarabağda meliorasiya işlərinə hamıdan tez başlayacaqlar.
ƏLMANİZ ƏLƏKBƏRLİ
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.