“Bacara bilmirsinizsə, başqaları gəlib bunu edəcəklər” Nikol Paşinyan
Ermənistanın güc strukturlarında kadr proqramı ölkədəki müxalifətin birləşməsinin qarşısının alınması üçündür. DİASPOR.İNFO xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.
Qəzet yazır ki, səlahiyyətlilər baş nazir Nikol Paşinyan üçün “qara sıyahı” tərtib etməkdə zəiflik nümayiş etdiriblər və özləri onun hədəfinə çevriliblər. Qeyd olunur ki, onlar tabe olmayanlar, itaətsizlik edənlər barədə kompromat toplaya bilməyiblər və buna görə də onlardan mandatlarının alınması, qalanlarının isə itaətə məcbur edilməsi üçün iki həftə vaxt nəzərdə tutulub.
"Bu günlərdə onlar baş naziri məyus ediblər və sənədlərin, faktların zəif olduğundan Paşinyan qəzəblənib”, deyə nəşr yazır.
Nəşrin yazdığına görə erməni baş nazir səlahiyyətlilərə hədə-qorxu da gələrək onları kənarlaşdıracağı barədə xəbərdar da edib.
“Edə bilmirsizsə, başqaları gəlib bunu edəcəklər”, deyə Nikol Paşinyan açıq şəkildə hədə kəsib və onları şərt qarşısında qoyub.
"Hraparak" qəzeti onu da diqqətə çatdırır ki, yeni təyin olunanlardan ikisi Paşinyanın həmyerliləridir və onun göstərişlərini yumşaqlıqla yerinə yetirirlər.
Müəllif: İnam Hacıyev