İran Səhiyyə Nazirliyi karantin qaydalarının sərtləşməsini tələb edib
İranın Səhiyyə Nazirliyi COVID-19-a yoluxma hallarının çox olduğu ərazilərdə yenidən sərt karantin qaydalarının tətbiq olunmasını tələb edir. DİASPOR.İNFO xəbər verir ki, İranın Səhiyyə nazirinin müavini Əli Əkbər yeni növ koronavirusa yoluxma hallarının çox olduğu bölgələrdə yenidən məhdudiyyətlərin tətbiq edilməsini tələb etdiklərini söyləyib.
Koronavirusa qarşı komitənin rəhbəri olan Əli Əkbər açıqlama verərkən deyib ki, hazırda ölkə daxilində COVID-19-a yoluxanların sayının artdığı müşahidə olunur. Onun sözlərinə görə, aparılan testlərin sayının artırılması məhdudiyyətlərin aradan götürülməsi ilə yoluxanların sayının artması ilə əlaqədardır.
"Səhiyyə Nazirliyi, qaydaların şüurlu şəkildə yerinə yetirilməsini təmin etmək üçün sosial məhdudiyyətlərin geri gətirilməsini tələb edir." - deyə, Səhiyyə nazirinin müavini bildirib.
O bildirib ki, hazırkı yoluxma faktları insanlar üçün normallaşıb və fərdi təmizlik qaydalarına, sosial məsafəyə əməl olunmur, bu vəziyyətin narahatedici olduğunu göstərir.
Qeyd edək ki, son 24 saat ərzində İranda koronavirusa yoluxan 120 nəfər həyatını itirib.
Müəllif: Nigar Məmmədova