Ukraynada koronavirusdan rekord sayda insan öldü
Ukraynada ötən sutkada 31 nəfər koronavirusdan ölüb. Bu, ölkədə bir gündə qeydə alınan ən yüksək ölüm halıdır. Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Şərqi Avropa ölkəsində indiyədək 943 nəfər pandemiyanın qurbanı olub.
Bildirilib ki, ötən sutkada 758 nəfərə koronavirus diaqnozu qoyulub, 414 nəfər sağalıb.
Beləliklə, Ukraynada indiyədək 33 234 yoluxma faktı qeydə alınıb. Onlardan 14 942 nəfər sağalıb.
292