“Nikol Paşinyan niyə orduda xidmət etməyib?” Faktlar üzə çıxır
Ermənistan baş naziri Nikol Pashinyanın nə üçün orduda xidmət etməməsi ilə bağlı açıqlama verilib. DİASPOR.İNFO Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu açıqlamanı erməni baş nazirin sözçüsü Mane Qevorqyan verib.
"1991-ci ilin dekabr ayında qüvvəyə minmiş" Hərbi xidmət haqqında "Qanunun 23-cü maddəsinə görə, iki qardaşı məcburi hərbi xidmətini başa vurmuş şəxslərin hərbi xidmətdən azad olunması qərarına görə Nikol Paşinyan orduda xidmət etməyib”, deyə Mane Qevorqyan açıqlama vermək məcburiyyətində qalıb.
Açıqlamadan da bəlli olur ki, Nikol Pashinyan 1993-cü ildə 18 yaşında ikən iki qardaşının hərbi xidməti bitirməsi, başa vurması səbəbindən bir növ orduda xidmətdən boyun qaçırıb.
Qanunun 35-ci bölməsinin tələbindən istifadə edən Nikol Paşinyan, yəni indi baş nazir postunda oturan bu avanturist Ermənistan Silahlı Qüvvələrinin ehtiyat hissəsində qeydiyyata alınıb və 1995-ci ildə ehtiyatda olan kimi hərbi vəsiqə əldə edib. Sözügedən qanunun 23-cü hissəsi 8 noyabr 1993-cü il tarixinədək qüvvədə olsa da, bu tarixdən sonra ləğv edilsə də, Nikola bu nədənsə şamil edilməyib.
Müəllif: İnam Hacıyev