Torpaq Uğrunda Ölən Varsa Vətəndir!
Müdafiə Nazirliyinin verdiyi rəsmi məlumata görə, işğalçı Ermənistan Tovuz rayonu istiqamətində təxribat törədərək ağır artilleriyadan mövqelərimizi intensiv atəşə tutub .
Qəhrəman və igid əsgər , zabitlərimiz düşmənə sarsıdıcı zərbə endirərək işğalçı ölkənin çox saylı sanlı qüvvəsini və texnikasını məhv edib .
Bu fikirləri ,, Diaspor.info " -ya açıqlamasında "Azərbaycan Respublikaçılar Partiyasının" sədri Sübut Əsədov, Ermənistan ordusu tərəfindən Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozmasını şərh edərkən bildirib .
Partiya sədrinin sözlərinə görə hazırda döyüşlər davam edir .
Xalqımız Ali Baş Komandan -Milli Ordumuz Və Sərhədçilərimizlə bərabərdir.
Artıq düşmənə sarsıdıcı zərbə vuraraq işğal olunmuş və əzəli torpalarımız olan Qərbi Azərbaycanın azad edilməsini illərdir ki , Silahlı Qüvvələrimizdən gözləyirik .
Biz Sizinlə, qəhrəman ,igid əsgərlərimiz ,zabitlərimizlə qürur duyuruq .
Düşməni məhv etməyin vaxtıdır .
Allah yardımçınız olsun .
Cənab Prezident İ . Əliyev demişkən ,, Qarabağ Azərbaycandir . Nida " işarəsini reallaşdırmagın əsl vaxtıdır .
Uğurlar Sizə Azərbaycan əsgəri , qələbə sevincini gözləyirik .
Allah Şəhidlərimizə rəhmət eləsin . Ailələrinə səbr versin .
Torpaq, uğrunda ölən varsa , Vətəndir .
DİASPOR.İNFO