Rusiya TŞ-nin iclasında Azərbaycan-Ermənistan sərhədindəki hadisələr müzakirə olunub
Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə keçilən Təhlükəsizlik Şurasının iclasında Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr də müzakirə olunub. DİASPOR.İNFO xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.
O deyib ki, Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri Moskvanın vasitəçi kimi çıxış etməyə hazır olduğunu təsdiqləyiblər. “Ermənistan-Azərbaycan sərhədində vəziyyət ətraflı müzakirə olunub. Davam edən gərginliklə əlaqədar ciddi narahatlıq ifadə edilib, tərəflərin atəşkəsi təmin etməsinin vacibliyi və Rusiyanın vasitəçilik missiyasına hazır olduğu vurğulanıb”, - deyə D.Peskov bildirib.
194