Bəhram Bağırzadə ilk dəfə xəstəxanadan foto paylaşdı
Koronavirus infeksiyasına yoluxan Əməkdar artist Bəhram Bağırzadə uzun müddət sonra ilk dəfə sosial şəbəkədə paylaşım edib.
DİASPOR.İNFO-nun məlumatına görə, aktyor müalicə aldığı palatadan görüntü yayımlayıb.
Bağırzadə şəklə "Hələ ki, çəkə bildiyim budur" sözlərini qeyd edib. O, izləyicilərinə təşəkkür edib.
İyunun 12-də xəstəxanaya yerləşdirilən və vəziyyəti ağır olan B.Bağırzadənin səhhəti yaxşılaşmağa doğru gedir.
Qeyd edək ki, Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də B. Bağırzadə EKMO cihazından ayrılıb.
389