AZƏRBAYCAN RESPUBLİKAÇILAR PARTİYASI QURULTAYA HAZIRLAŞIR.
Diaspor.info saytı xəbər verir ki, “Azərbaycan Respublikaçılar “ partiyası qurultaya hazırlaşır. Bu barədə saytımıza partiyanın qurultaya hazırlıq işləri üzrə təşkilat komitəsinin sədri, “ARP” sədrinin müavini səlahiyyətlərini icra edən Saleh Ağarzayev məlumat verib. Saleh müəllim 19 avqustda, “ARP”-nin Nərimanov rayonundakı qərargahında, partiyanın növbəti qurultayının keçirilməsi üçün təşkilat komitəsinin iclası keçirildiyini deyib: “ Yığıncaqda müzakirələr zamanı partiya sədrliyinə namizədlərin qeydə alınması vaxtı 23-avqustadək uzadıldı. Məlumat üçün deyim ki, partiyanın 52 rayon təşkilatı qurultaya qatılmaq üçün öz nümayəndələrini artıq seçiblər.
Hazırda partiyanın hazırki sədri Sübut Əsədovun namizədliyi irəli sürülüb. Əgər əlavə namizədlər qeydə alınacaqsa bu barədə də, mətbuata məlumat veriləcəkdir. Qurultayda Ali məclisin, idarə heyətinin, nəzarət təftiş komissiyasının yeni üzvləri seçiləcək. Bundan əlavə sədrin işlədiyi dövrlə bağlı hesabatı dinləniləcəkdir. Qurultay 5 sentyabr saat 12-00 da “Onlayn” təşkil ediləcəkdir. Bilirsiniz ki, hazırda “Covid 19 –la bağlı ölkədə karantin rejimidir. Və buna görə də kütləvi toplaşma qadağan olunub. Partiyamız da, ölkə qanunlarına hörmətlə yanaşaraq, qurultayın onlayn keçirilməsinə qərar verib.
Təşkilat komitəsinin növbəti və sonuncu iclası isə avqustun 28-də olacaqdır.
Qurultayda Dövlət başçısının son zamanlar apardığı kadr islahatları, korrupsiyaya qarşı mübarizə, siyasi islahatlar, həmçinin dünyada baş verən siyasi proseslər, Qarabağ problemi geniş müzakirə olunacaqdır.
Azərbaycan xalqına müraciət olunacaqdır.
Bundan əlavə partiyanın nizamnaməsi, proqramı müzakirə olunacaqdır. KİV nümayəndələri, Prezident aparatı, Siyasi partiyalar qurultayın işində iştirak edə bilərlər. Bu barədə müraciət edən olarsa təşkilat komitəmiz xüsusi linkləri qurultayın işində yaxından iştirak etmək istəyənlərə əvvəlcədən göndərəcəkdir”
ARP-nin qurultay öncəsi və qurultaydan sonrakı fəaliyyətini Diaspor.info saytı olaraq geniş işıqlandırmağa çalışacağıq.
Diaspor.info
Bakı.