"Rusiyada gərgin siyasi proseslərin inkişafı və burada xalqın etirazları fonunda müxalifətin formalaşıb, lider səviyyəsində hakimiyyətə gəlmək şansı yoxdur. Fedrasiyanın subyektlərində etirazlar yalnız sosial xaraketrikdirsə, burada mərkəzləşdirilmiş şəkildə hakimiyyətə qarşı total bir təhlükə olacaqsa, bunun qarşısı sərt üsulla yatırılacaq". Bunu Diaspor info-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Rusiyanı idarə edən bu ölkənin xüsusi xidmət orqanıdır: "Məhz Putində bu orqandan gələrək, Rusiyanı gücləndirməyə çalışır. Demək olar ki, Rusiya prezidenti də məhz xüsusi xidmət orqanları ilə birgə ölkəni idarə edir. Rusiyaya qarşı bir təhlükə olarsa, mövcud siyasi xəttdən Putin kənarlaşarsa, hakimiyyətdən uzaqlaşdırıla bilər. Ümumiyyətlə, Rusiya Fedrasiyasınıda sistemdən kənar, yəni xüsusi xidmət orqanlarının adamı olmayan bir siyasətçinin Rusiyada hakimiyyətə qarşı mübarizəsi və xalqı etirazlara kökləməsi onun fiziki cəhətdən aradan götürülməsinilə nəticələnir. Rusiyanın 90-cı illərin əvvəlində sabiq Baş naziri olan sonradan Putinə qarşı müxalifət xüsusilə, Rusiyanın hazırkı sistemini dəyişmək hədəfini gizlətməyən Boris Nemtsov aradan götürülməsi bu sistemin necə bir işlək olmasını göstərir. B.Nemtsovun ölümündən sonra xalqın içindən çıxan və Qərbin dəstək verdiyi, sistemdən uzaq demokratik düşərgə yaratmağı qarşısına məqsəd qoyan A.Navalnı siyasi meydana atıldı. Ən sərt üsulla hazırkı sistemə müxalifət idi. Onunla xüsusi xidmət orqanları xeyli danışıqlar apardı. Amma, onu sistemlə əməkdaşlığa cəlb edilməsi mümkün olmadı.
A.Navalnı Rusiyada demokratik bir sistemin, mövcud hakimiyyətin dəyişməsini reallaşdırmağı planlaşdırırdı. Nəticədə A.Navalnıda zəhərləndirilərək aradan götürüldü. Rusiyada sistemdən kənar müxalif siyasətçilərin aradan götürülməsi, Rusiya xüsusi xidmət oraqanlarının ən prioritet vəzifəsidir. Bununla Rusiyanı Qərbin təsirlərindən qorumaq və imperiyanın bütövlüyünü saxlamaqdır.
Bu gün Rusiya müxalifəti, yalnız xüsusi xidmət oraqanının dəsti-xətti ilə fəaliyyətini davam etdirir. Bu, Dumada olan Kommunist, Liberal və digər partiyalardır. Onların mövcud sistemə qarşı çıxması, özlərinin intiharı deməkdir. Necə ki, B.Nemtsov, A.Navalnı bu intihara getdilər. A.Navlanıya qarşı sui-qəsd - zəhərlənmə birbaşa sistemin işidir.
Rusiyada prezident seçkiləri keçiriləcəksə, Kremlin içindən bu kürsüyə otuzdurulacaq. Rusiya kimi imperiya olan ölkədə demokratik seçki sistemi fedrasiyanın parçalanmasıdır. Necə ki, Putin bu kürsüyə gətirildi, Rusiyanın qlobal müstəvidə iddialrını ortaya qoydu.
Uzun illərdi Rusiyda müxalif bir siyasi liderin ortaya çıxması, ən sərt üsullarla qarşısı alınır. Rusiyada bundan sonra, çətin ki, xalqın etirazlarına rəhbərlik edən bir siyasi lider ortaya çıxsın. 2000-ci illərdən bəri Rusiyada önə çıxan Kremldən kənar siyasətçilərin müxtəli yollarla zərərləşdirilib. Bu tendensiyanın davam edəcəyi istisna deyil.
Azərbaycanla Rusiya arasında münasibətlər Ermənistan Azərbaycan konteksində baxdıqda, bu ölkənin hərbi və təhlükəsizlik sistemi Ermənistana önəm verir. Rusiya rəhbərliyi də, bu sistemi dəyişmək iqtidarında deyil. Qeyd edim ki, daima Qarabağ danışıqlarını tormozlayan XİN rəhbəri Sergey lavrov Rusiya xüsusi xidmət orqanında-dərin dövlətdə təmsil olunur. Ona görə də Putinlə bərabər siyasət yürüdə bilir, yada onu siyasətinə qarşı digər bir xətt ortaya qoyur. Ona görə də Qarabağ məsələsində danışıqlar prosesi dayandırılır.
Bir məsələni qeyd edim ki, Rusiya Xüsusi xidmət orqanı hücumçu və heç bir dövlətin maraqlarını tanımayan bir generalittedən ibarətdir".