14 Avqustda "Xalq Nəzarəti Mərkəzi" ictimai təşkilatı İrəvan meriyasına İrəvan meri Ayk Marutyanın seçkiqabağı vədlərini nə dərəcədə yerinə yetirdiyinə dair suallar göndərib. Diaspor info Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu gün təşkilatın sədri Babken Arutyunyan İrəvan meriyası qarşısında tək bir aksiya keçirib.
"Mükafat yeyən quruluşun cilovlanmamış halı o yerə çatıb ki, sualları göndərdikdən iki həftə sonra problemi araşdırıb cavab verəcəklərini deyirlər. Yenə bir həftə də keçdi, amma onlardan cavab yoxdur. Bu, səriştəsiz merin fəaliyyətinin olmamasından, fəaliyyətsizliyindən xəbər verir", deyə Babken Arutyunyan etirazını belə ifadə edib.
O, merin vədlərini yerinə yetirə bilmədiyini və indi sualları cavablandırmaqdan belə yayınmağa çalışdığını qeyd edib.
Babken Arutyunyan çiçəklərlə İrəvan meriyasının binasına gəlib. Babken Arutyunyan, "Meriyanın dövlət quruluşu olaraq öldüyü və torpağa basdırılması lazım olduğu münasibətilə çiçəklər gətirmişm", deyib.
Tək aksiya keçirən erməni yazılı sualları çiçəklərlə birlikdə meriyanın qarşısına səpələyib.
"Qanunla müəyyən edilmiş qaydada cavab vermirlərsə, onlarla bu dildə danışmaq lazımdır", deyə Babken Arutyunyan bildirib.