Hüquq-mühafizə orqanları Meksikanın Quanxuato ştatında Salvatiyerra bələdiyyəsində 59 nəfərin cəsədləri ilə gizli məzarlıq aşkarlayıb.
Diaspor info-nun məlumatına görə, bu barədə İtkin düşmüş şəxslərin axtarışı üzrə Milli Komissiyanın rəhbəri Karla Osuna mətbuat konfransında bildirib.
K.Osuna qeyd edib: "Gizli məzarlıqlarda 59 cəsəd tapdıq. Axtarışları davam etdiririk. Söhbət bölgədə fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrupların qurbanlarından gedir".
198