XƏSTƏLİKLƏRİN TÜĞYAN ETDİYİ ZAMANDA BAYTARLIQ İDARƏLƏRİNİN ÜZƏRİNƏ XEYLİ MƏSULİYYƏT DÜŞÜR.
Məlum olduğu kimi Covid 19 pandemiyası günbəgün daha dəhşətli olmağa başlayıb. Belə ki, virusun yayılma ərazisi hər gün daha da artır.
Bu minvalla digər xəstəliklərlə çox ehtiyyatlı olmalıyıq.
Xəstəliyin daha çox qida məhsullarında ola bilmə ehtimalını nəzərə alaraq Baytarlıq idarələrinin üzərinə daha çox iş düşür desək, yanılmarıq.
Zaqatala Baytarlıq idarəsinin rəisi Cəbrayıl Aslanovla da bu barədə danışdıq.
Cəbrayıl müəllim son 9 ayda görülən işlərlə bağlı saytımıza ayrıca məlumat verdi: Rayonumuzun epizootik sabitliyin təmin olunması məqsədilə rayon baytarlıq idarəsi əvvəlki illərdə olduğu kimi 2020 ci ilin 9 ayı ərzində epizootiya əleyhinə mübarizə və müalicə profilaktik tədbirlər planına uyğun olaraq Qara yara xəstəliyinə qarşı 60 min baş plana qarşı 41327 baş ibh da 150 min baş plana qarşı 107306 baş xbh da 3800 baş plana qarşı 2030 baş atlarda dabbaq xəstəliyinə qarşı iribuynuzlu heyvanlarda 120 min baş plana qarşı 58828 başda xbh da 231500 plana qarşı 108807 başda quduzluq xəstəliyinə görə itlərdə 3600 baş plana qarşı 3230 başda infeksion nodulyar dermatit xəstəliyinə qarşı 48379 başda çiçək xbh 79036 başda quşların nyukasl xəstəliyinə qarşı 242500 baş plana qarşı 241745 başda la-sota cücə 215852 başda brüsselyoz rev-1 xbh da 96925 başda brüsselyoz -ştam-19 ibh - da 5247 başda peyvənd işləri aparılmış və tədbirləri davam etdirilir.
Bütün bu görülən tədbirlərin nəticəsidir ki bölgədə xəstəlik çox aşağı səviyyədədir.
Diaspor.info
Zaqatala.