• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Tələbə və magistrantların Ombudsman Aparatındakı təcrübələri başa çatıb

16-06-2023, 16:00 | Baxılıb: 322
“Tələbə və magistrantların Ombudsman Aparatındakı təcrübələri başa çatıb


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında tələbə və magistrantların istehsalat və elmi-tədqiqat təcrübələrinə yekun vurulub.
Nəzəri və praktiki hissədən ibarət olan təcrübə müddətində praktikantlar əvvəlcə Ombudsman və Aparatın rəhbər vəzifəli şəxsləri tərəfindən interaktiv formada keçirilən mühazirə dərslərində iştirak ediblər. Mühazirə zamanı tələbə və magistrantlara “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, Ombudsmanın insan hüquqlarının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması, informasiya əldə etmək hüququnun müdafiəsi, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, işgəncələrin qarşısının alınması sahəsindəki fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.
Sonra müvafiq struktur bölmələrdə praktiki iş prosesinə cəlb edilən təcrübəçilər Ombudsman Aparatında fəaliyyət göstərən İnsan Hüquqları Kitabxanası ilə tanış olub, buraxılış işləri və magistrlik dissertasiyalarının yazılması üçün seçilmiş mövzulara uyğun zəruri hüquq ədəbiyyatlarından faydalanmaq imkanı əldə ediblər.
Qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin, Qərbi Kaspi Universitetinin, Bakı Avrasiya Universitetinin və Xəzər Universitetinin müvafiq ixtisaslar üzrə təhsil alan 69 tələbə və magistrantı Ombudsman Aparatında istehsalat və elmi-tədqiqat təcrübəsi keçiblər.
Ombudsman Səbinə Əliyeva təcrübə müddətini uğurla başa vuran bütün praktikantlarla görüşərək, hər birini ali təhsil pilləsində əhəmiyyətli rolu olan bu mərhələni müvəffəqiyyətlə tamamladıqlarına görə təbrik edib, təhsil, iş və şəxsi həyatlarında uğurlar arzulayıb. Daha sonra tələbə və magistrantlara Ombudsman tərəfindən xasiyyətnamələr təqdim olunub.
Sonda praktikantlar təcrübə zamanı yaradılan imkana, habelə gənclərə göstərilən diqqətə görə Ombudsmana öz təşəkkürlərini bildiriblər.

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


322

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.