• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

AZAL donanmasına dördüncü müasir "Airbus A320neo" əlavə olunub

Bu gün, 10:00 | Baxılıb: 50
“AZAL donanmasına dördüncü müasir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) donanmasını növbəti "Airbus A320neo" tipli müasir təyyarə ilə gücləndirib.

Bu barədə Diaspor info-ya AZAL-dan məlumat verilib.

Bildirilib ki, yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha rahat və müasir səyahət imkanlarının təqdim olunmasına xidmət edir. Belə ki, "Airspace" kabini daha geniş salon, xüsusi oturacaqlar və böyük əl yükü bölmələri ilə sərnişinlərin rahatlığını artırır. Təyyarə, həmçinin müasir əyləncə sistemi, yüksəksürətli "Wi Fi" xidməti və biznes sinfində fərdi monitorlarla təchiz olunub.

"Airbus A320neo" yeni nəsil mühərriklərinə malik olduğundan daha az yanacaq sərf edir, karbon emissiyalarını azaldır və 6300 kilometrədək uçuş məsafəsi ilə regional və orta marşrutlarda səmərəli fəaliyyət göstərir.

Yeni hava gəmisinin donanmaya daxil edilməsi əməliyyat səmərəliliyinin artırılması, yanacaq sərfiyyatının və ətraf mühitə təsirin azaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də yeni istiqamətlər üzrə uçuş imkanlarının genişləndirilməsi baxımından AZAL üçün xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, yeni hava gəmisi AZAL-ın 28 təyyarədən ibarət donanmasında sayca dördüncü "Airbus A320neo" modelidir. Sərnişin təcrübəsinin davamlı olaraq təkmilləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsini əsas prioritet kimi müəyyən edən AZAL 2032-ci ilədək donanmadakı təyyarələrin sayını 50-yə çatdırmağı hədəfləyir. Bu, AZAL-ın donanmasının modernləşdirilməsi strategiyası çərçivəsində atdığı növbəti mühüm addım olmaqla yanaşı, Bakı şəhərinin regionun aparıcı hava nəqliyyat qovşaqlarından biri kimi mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verir.скачать dle 10.6фильмы бесплатно


50

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Türkmənistan Prezidenti Fəxri xiyabanda Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub
Azərbaycanda daha 23 yeni dövlət standartı qəbul oluna bilər
ADSEA rəsmisi: Məmnunluğun artırılması məqsədilə rəqəmsal transformasiya layihələrinin və elektron xidmətlərin tətbiqi genişləndirilir

Türkmənistan Prezidenti Fəxri xiyabanda Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

Azərbaycanda daha 23 yeni dövlət standartı qəbul oluna bilər

ADSEA rəsmisi: Məmnunluğun artırılması məqsədilə rəqəmsal transformasiya layihələrinin və elektron xidmətlərin tətbiqi genişləndirilir

Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.