• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

Bu gün, 15:00 | Baxılıb: 28
“Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış sənədlərin iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi olub.

Diaspor info xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov prezidentlərin Birgə Bəyanatını imzaladılar.

“Azərbaycan Respublikası ilə Türkmənistan arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsi üçün Texniki şərtlər”i Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Türkmənistan Gömrük Xidmətinin sədri Maksat Xudaykulıyev mübadilə etdilər.

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Türkmənistan Gömrük Xidmətinin sədri Maksat Xudaykulıyev mübadilə etdilər.

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Türkmənistanın Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Türkmənistan Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsinin sədri Allaberdi Saparov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkmənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri Muxammetseyit Sılapov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Türkmənistanın Səhiyyə və Tibb Sənayesi Nazirliyi arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Türkmənistanın səhiyyə və tibb sənayesi naziri Mıratberdi Qayıpov mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın səhiyyə və tibb sənayesi naziri Mıratberdi Qayıpov mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2026-2028-ci illər üzrə sənaye sahəsində əməkdaşlıq Proqramı”nı Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın sənaye və tikinti istehsalatı naziri Toyqulı Nurov mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Türkmənneft Dövlət Konserninin sədri Quvanç Aqacanov mübadilə etdilər.“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Türkmənneft Dövlət Konserninin sədri Quvanç Aqacanov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xodcamırat Qeldımıradov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Türkmənistan Maliyyə və İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xodcamırat Qeldımıradov mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş”i Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xodcamırat Qeldımıradov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Türkmənistanın Xarici İşlər Nazirliyi arasında 2026-2029-cu illər üçün Əməkdaşlıq Proqramı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov mübadilə etdilər.скачать dle 10.6фильмы бесплатно


28

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Türkmənistan Prezidenti Fəxri xiyabanda Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub
Azərbaycanda daha 23 yeni dövlət standartı qəbul oluna bilər
ADSEA rəsmisi: Məmnunluğun artırılması məqsədilə rəqəmsal transformasiya layihələrinin və elektron xidmətlərin tətbiqi genişləndirilir

Türkmənistan Prezidenti Fəxri xiyabanda Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

Azərbaycanda daha 23 yeni dövlət standartı qəbul oluna bilər

ADSEA rəsmisi: Məmnunluğun artırılması məqsədilə rəqəmsal transformasiya layihələrinin və elektron xidmətlərin tətbiqi genişləndirilir

Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.