• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ADSEA rəsmisi: Məmnunluğun artırılması məqsədilə rəqəmsal transformasiya layihələrinin və elektron xidmətlərin tətbiqi genişləndirilir

Bu gün, 14:00 | Baxılıb: 30
“ADSEA rəsmisi: Məmnunluğun artırılması məqsədilə rəqəmsal transformasiya layihələrinin və elektron xidmətlərin tətbiqi genişləndirilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində su təsərrüfatı obyektlərinin istismar səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Hazırda agentliyin xidmət göstərdiyi ərazilərdə Naxçıvan Muxtar Respublikası üzrə 44 min 742 hektar suvarılan sahə mövcuddur. Muxtar respublikada fəaliyyət göstərən su təsərrüfatı infrastrukturu, ümumilikdə, 1982 kilometr suvarma şəbəkəsini, 584 hidrotexniki qurğunu, 937 subartezian quyusunu və 107 nasos stansiyasını əhatə edir.

Diaspor info xəbər verir ki, bu sözləri Şərurda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Naxçıvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov deyib.

O qeyd edib ki, muxtar respublikada suvarma xidmətlərinin yerində təşkili məqsədilə 2 Su İstifadəçiləri Birliyi fəaliyyət göstərir. Bu birliklər 16 min 812 hektar xidməti ərazini əhatə edir və 66 kənd üzrə 8 min 515 su istifadəçisinə xidmət göstərir.

İlham Bayramov bildirib ki, 2025-ci ildə Naxçıvan iqtisadi zonasında cari təmir planı çərçivəsində 741 subartezian quyusu, 471 nasos aqreqatı, 632 min kubmetr suvarma kanalı və 178 min kubmetrə yaxın kollektor-drenaj şəbəkəsi lildən təmizlənib. Görülən tədbirlər nəticəsində suvarma sistemlərinin etibarlılığı artır, su itkiləri azalır və fermerlərin su təminatı daha dayanıqlı xarakter alır.

"Su ehtiyatlarının səmərəli idarə olunması yalnız infrastrukturun qurulması və istismarı ilə məhdudlaşmır. Bu sahədə dövlət nəzarəti, monitorinq və qanunvericiliyə riayət olunması da xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, su xidmətlərinə əlçatanlığın artırılması və istifadəçi məmnunluğunun yüksəldilməsi məqsədilə agentlik tərəfindən rəqəmsal transformasiya layihələrinin və elektron xidmətlərin tətbiqi genişləndirilir. Vətəndaş və fermer müraciətlərinin operativ qəbulu, yönləndirilməsi və icrasına nəzarət üçün "955" Çağrı Mərkəzi fəaliyyət göstərir" , – deyə ADSEA sədrinin müavini əlavə edib.скачать dle 10.6фильмы бесплатно


30

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Türkmənistan Prezidenti Fəxri xiyabanda Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub
Azərbaycanda daha 23 yeni dövlət standartı qəbul oluna bilər
ADSEA rəsmisi: Məmnunluğun artırılması məqsədilə rəqəmsal transformasiya layihələrinin və elektron xidmətlərin tətbiqi genişləndirilir

Türkmənistan Prezidenti Fəxri xiyabanda Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

Azərbaycanda daha 23 yeni dövlət standartı qəbul oluna bilər

ADSEA rəsmisi: Məmnunluğun artırılması məqsədilə rəqəmsal transformasiya layihələrinin və elektron xidmətlərin tətbiqi genişləndirilir

Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.