• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Kişineuda Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçirilib

Bu gün, 14:00 | Baxılıb: 29
“Kişineuda Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçirilib

Kişineuda Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçirilib
Moldovanın paytaxtı Kişineuda yerləşən Mariya Bieşu adına Milli Opera və Balet Teatrında Azərbaycanın dünyaca məşhur müğənni və bəstəkarı Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sevgi və dəniz” adlı konsert keçirilib.
Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən konsertə 1000-dən çox tamaşaçı qatılıb.
Tədbirdə Azərbaycan Respublikasının Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Tural Səfərov, komitənin əməkdaşı Təhmasib Atakişiyev, diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələri, Moldova–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri İon Qroza, Moldova Parlamentinin deputatları, Moldovanın Mədəniyyət, Elm və Təhsil Nazirliyinin, Millətlərarası Münasibətlər Agentliyinin təmsilçiləri, eləcə də digər rəsmi şəxslər və ictimai xadimlər iştirak edib.
Açılış nitqi ilə çıxış edən Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov Müslüm Maqomayevin Azərbaycan xalqı üçün əvəzsiz sənətkar olduğunu, həmçinin Azərbaycan–Moldova mədəni əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb: “Azərbaycanlılar üçün Müslüm Maqomayevin adı xüsusi qürur mənbəyidir. Moldovanın bir çox sakinləri də onu yaxşı tanıyır və yaradıcılığını yüksək qiymətləndirir. Bu gecə təkcə böyük sənətkarın xatirəsinə ehtiram deyil, həm də Moldova ilə Azərbaycan arasında mədəni dialoqun və dostluğun növbəti təzahürüdür,” – deyə o bildirib.
Konsert proqramında Moldova opera məktəbinin nümayəndələri Aleksey Botnarçuk (bas) və Gülnarə Raylyanu (soprano) Müslüm Maqomayevin repertuarından əsərlər ifa ediblər. Onların çıxışları tamaşaçıların böyük rəğbəti ilə qarşılanıb.
“Sevgi və dəniz” adlı musiqi gecəsi böyük sənətkarın xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, Azərbaycan və Moldova arasında qarşılıqlı hörmətə, dostluğa və mədəni əməkdaşlığa əsaslanan əlaqələrin daha bir bariz nümunəsi kimi yadda qalıb. Tədbir milli mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini bir daha nümayiş etdirib.

Kişineuda Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçirilib
Kişineuda Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçirilib
Kişineuda Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçirilib
Kişineuda Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçirilib
Kişineuda Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçirilib
Kişineuda Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçirilib
Kişineuda Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçirilib
Kişineuda Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçirilib
Kişineuda Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçirilib
скачать dle 10.6фильмы бесплатно

29

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək
Sahibə Qafarova: Bu gün İslam dünyası hələ də həllini gözləyən ciddi çağırışlarla üz-üzədir
Kişineuda Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçirilib
Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
İlham Əliyev İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Bakıda İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilir

Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq

Ali Məhkəmə daşınmaz əmlak bazarında ən çox rast gəlinən hüquqi riskləri açıqlayıb

Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.