• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Bu gün, 10:30 | Baxılıb: 22
“Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Sabah doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.

Diaspor info xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahanlarda ümumilikdə 2 351 nəfər iştirak edəcək. Doktoranturaya qəbul imtahanına 1926 nəfər (1890 nəfər ingilis dili, 16 nəfər fransız dili, 20 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 389 nəfər (386 nəfər ingilis dili, 2 nəfər fransız dili, 1 nəfər alman dili) qeydiyyatdan keçib.

İmtahanda 3 nəfər fiziki məhdudiyyətli namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün binada xüsusi şərait yaradılıb.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçılar imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanverənlər 1 saat 30 dəqiqə ərzində onlara təqdim olunmuş 30 test tapşırığını cavablandırırlar. Bundan sonra iştirakçılara 15 dəqiqə fasilə verilir və sonra yazı blokunun vərəqləri təqdim olunur. Yazı bloku üçün də iştrakçılara 1 saat 30 dəqiqə vaxt verilir.

İmtahanların keçirilməsi üçün ümumilikdə 10 imtahan binası, 23 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 182 nəzarətçi, 25 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

İmtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. İmtahanda bütün bloklar üzrə toplanıla biləcək maksimal bal 50-dir və imtahanverənlərə (sual kitabçasında) təqdim olunan hər bir tapşırıq üzrə düzgün cavab bir balla qiymətləndirilir (maksimum 30 bal). Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər bir yazı işi (vizual məlumatın təsviri və esse) ayrı-ayrılıqda 10 ballıq şkala üzrə qiymətləndirilir.скачать dle 10.6фильмы бесплатно


22

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ali Məhkəmə daşınmaz əmlak bazarında ən çox rast gəlinən hüquqi riskləri açıqlayıb
Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq
Sinxua: Azərbaycan və Çin ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirirlər
İran İslam Şurası Məclisinin sədri Azərbaycana səfərə gəlib
Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri ölkəmizə səfərə gəlib
Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb

Ali Məhkəmə daşınmaz əmlak bazarında ən çox rast gəlinən hüquqi riskləri açıqlayıb

Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Sinxua: Azərbaycan və Çin ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirirlər

İran İslam Şurası Məclisinin sədri Azərbaycana səfərə gəlib

Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri ölkəmizə səfərə gəlib

Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Milli Məclisdə olub

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.