• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Sinxua: Azərbaycan və Çin ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirirlər

Bu gün, 10:00 | Baxılıb: 12
“Sinxua: Azərbaycan və Çin ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirirlər

Çinin Sinxua informasiya agentliyi Azərbaycan-Çin əməkdaşlığının inkişafına həsr olunmuş material hazırlayıb. Yazıda iki ölkə arasında ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığa və iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Diaspor info Sinxua agentliyinə istinadla xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İdxal və İxraca Nəzarət şöbəsinin müdiri Əkbər Əliyev agentliyə eksklüziv müsahibəsində Azərbaycanla Çin arasında münasibətlərin qarşılıqlı hörmət, etimad və praqmatizm prinsiplərinə əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın nümunəsi olduğunu bildirib.

Onun sözlərinə görə, Çin Xalq Respublikası Azərbaycanın Asiyada əsas iqtisadi tərəfdaşlarından biri olaraq qalır, Bakı isə Cənubi Qafqazda Pekinin etibarlı tərəfdaşı və Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının mühüm həlqəsidir.

Məqalədə Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə iştirakının əhəmiyyəti, həmçinin ölkənin Çinlə Avropanı Xəzər regionu vasitəsilə birləşdirən Orta Dəhlizin mühüm nəqliyyat-logistika qovşağı kimi rolu vurğulanır.

Sinxua qeyd edir ki, son illərdə iki ölkə arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə yüksəlib və nəqliyyat, investisiyalar, energetika, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi də daxil olmaqla geniş sahələri əhatə edir.

Materialda bu ilin iyun ayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Çinin Baş Gömrük Administrasiyası arasında əldə olunmuş razılaşmalara xüsusi diqqət ayrılıb. Danışıqların yekununda Azərbaycan quş əti, akvakultura məhsulları və digər su bioresurslarının Çin bazarına ixracını tənzimləyən protokollar imzalanıb.

Ə.Əliyevin sözlərinə görə, həmin sənədlər baytarlıq, sanitariya, karantin və qida təhlükəsizliyi tələblərini müəyyən edir, bununla da Azərbaycan məhsullarının Çinə tədarükünün genişləndirilməsi üçün zəruri hüquqi baza yaradır.

Məqalədə həmçinin qeyd olunur ki, tərəflər daha əvvəl Azərbaycan fındığı və badamının Çin Xalq Respublikasına ixracı, eləcə də qida təhlükəsizliyi və fitosanitar nəzarət sahəsində əməkdaşlıqla bağlı razılıq əldə ediblər.

Ə.Əliyev ikitərəfli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib. O bildirib ki, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və logistika kimi perspektivli sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.скачать dle 10.6фильмы бесплатно


12

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ali Məhkəmə daşınmaz əmlak bazarında ən çox rast gəlinən hüquqi riskləri açıqlayıb
Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq
Sinxua: Azərbaycan və Çin ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirirlər
İran İslam Şurası Məclisinin sədri Azərbaycana səfərə gəlib
Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri ölkəmizə səfərə gəlib
Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb

Ali Məhkəmə daşınmaz əmlak bazarında ən çox rast gəlinən hüquqi riskləri açıqlayıb

Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Sinxua: Azərbaycan və Çin ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirirlər

İran İslam Şurası Məclisinin sədri Azərbaycana səfərə gəlib

Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri ölkəmizə səfərə gəlib

Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Milli Məclisdə olub

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.