• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək

Bu gün, 16:00 | Baxılıb: 23
“Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək

Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin iyunun 30-da Birinci görüşü keçiriləcək.

Bu barədə Diaspor.info-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Belə ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələrin (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbərlərinin iştirakı nəzərdə tutulur.

Ortaq tarixə, milli-mənəvi, dini və mədəni dəyərlərə malik türk dövlətləri arasında birgə fəaliyyətin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədini daşıyan görüş çərçivəsində bir sıra aktual məsələlərin müzakirəsi planlaşdırılır.

Görüşün əsas mövzularından biri TDT çərçivəsində dini məsələlər üzrə dövlət qurumlarının əməkdaşlıq mexanizminin yaradılmasıdır. Bu təşəbbüs iştirakçı dövlətlər arasında müvafiq sahə üzrə koordinasiyanın gücləndirilməsinə, həmçinin işçi platformasının formalaşdırılmasına xidmət edir.

Həmçinin toplantının rəsmi hissəsinin yekununda əldə olunan razılaşmaları əks etdirən Kommünikenin imzalanması gözlənilir.скачать dle 10.6фильмы бесплатно

23

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək
Sahibə Qafarova: Bu gün İslam dünyası hələ də həllini gözləyən ciddi çağırışlarla üz-üzədir
Kişineuda Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçirilib
Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
İlham Əliyev İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Bakıda İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilir

Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq

Ali Məhkəmə daşınmaz əmlak bazarında ən çox rast gəlinən hüquqi riskləri açıqlayıb

Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.