Bakıda Azərbaycan və Polşa yığmaları arasında keçiriləcək futzal üzrə dünya çempionatının seçmə oyununun təyinatları bəlli olub.
Diaspor info-nun məlumatına görə, qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Aslan Qalayevə Talqat Kosmuxambetov və Turexam Tursumbayev köməklik göstərəcək. Hakim-inspektor isə almaniyalı Eichler Sven olacaq.
II turda səfərdə Yunanıstanla görüşü isə isveçli Ademir Avdiç idarə edəcək. Ona David Qlavonjiç və George Jansizian yardımçı olacaq. Sloveniyalı Vilvo Borosak hakim-inspektor funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 7-də Polşanı qəbul edəcək Azərbaycan millisi, 4 gün sonra Yunanıstanın qonağı olacaq.
149