Rusiyalı ekspert, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev Caliber.az-a müsahibəsində qlobal ərzaq böhranı haqda maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, qlobal aclıq üçün ciddi əsaslar yoxdur, hazırda baş verən qıtlıq sünidir və spekulyativ xarakterlidir.
“Dünya Bankı 2022-ci il üçün iqtisadi artım üzrə qlobal proqnozu yanvarda gözlənilən 4,1-dən 2,9%-ə qədər pisləşdirib, yəni qlobal ləngimə təxminən 1 faizdir. Bu çox deyil, lakin 2 faiz azalma xüsusən Avropa iqtisadiyyatı üçün çox ciddi problem olardı. Pandemiyadan sonra mövcud kanallar və ticarət əlaqələri vasitəsilə keçdi. İndi isə çox qısa müddət ərzində struktur nəticələri var. 2021-ci ilin 2-ci rübündə qlobal iqtisadiyyat böhrandan əvvəlki səviyyəni xeyli ötüb: Çin, ABŞ və Rusiya 2019-cu ilin sonu səviyyəsinə çatıb. İndi pandemiya alqoritmi təkrarlanır: şəxsi istehlak azalıb, dövlət orqanlarının rolu, həm xərc, həm də gəlir baxımından büdcə maddələrinin həcmi artıb. Ərzaq qiymətlərindəki sıçrayış böhran üçün real səbəb olmadığı halda baş verir”- ekspert bildirib.
İqtisadçının sözlərinə görə, rəqəmli platformalar, fərdi spekulyativlər və bütün sənaye sahələri daxilində spekulyativ ssenarilər qalib gəldi: “İndi eyni “spekulyativ” geosiyasət sahəsində də təkrarlanır. Ukrayna və Rusiya dünya bazarına orta hesabla 30-35 milyon ton taxıl verir. Ümumiyyətlə, istehsalçıların qlobal ehtiyatları hazırda 300 milyon ton taxıldır. Aclıq üçün heç bir səbəb yoxdur, lakin idxala bağlı olan ölkələr üçün qıtlıq olacaq: Afrika və Asiyanın bir hissəsi. Burada yenə də problem real vəziyyətdən daha çox siyasi spekulyasiyadadır. Düzdür, tarixdə artıq baş verib ki, möhtəkirlik dünyanın müxtəlif regionlarında aclığa səbəb olub. Amma indi bunun baş verəcəyini düşünmürəm”.
Tərcümə - Elçin Bayramlı