• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İranla münaqişənin uzanması enerji şirkətlərinin gəlirlərini artırır

Dünən, 22:00 | Baxılıb: 0
“İranla münaqişənin uzanması enerji şirkətlərinin gəlirlərini artırır

ABŞ Prezidenti Donald Trampın İranla müvəqqəti atəşkəsin başa çatdığını bəyan etməsindən sonra Birləşmiş Ştatlar hərbi qüvvələri çərşənbə günü yeni zərbələr endirib. Buna cavab olaraq İran Küveyt və Bəhreynə hücumlar həyata keçirib. Münaqişənin yenidən kəskinləşməsi enerji bazarlarında yaranmış gərginliyin hələ uzun müddət davam edə biləcəyini göstərir.

Diaspor info xəbər verir ki, Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən genişlənməsi, eyni zamanda, Ukraynanın Rusiyanın neft emalı zavodlarına və digər enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində yaranan təchizat problemləri benzin və dizel yanacağı bazarlarında qiymətlərin bu həftə kəskin artmasına səbəb olub. İnvestorlar enerji təchizatında yarana biləcək riskləri nəzərə alaraq bazarda qiymət artımını proqnozlaşdırırlar.

Proqnozlara görə, bazarda yaranmış bu vəziyyət qlobal neft şirkətləri və neft emalı müəssisələrinin gəlirlərini də əhəmiyyətli dərəcədə artıracaq. Bildirilir ki, Avropanın enerji şirkətlərinin ikinci rübdə mənfəət artımı digər bütün sektorları üstələyəcək.

ABŞ-nin neft şirkətlərinin isə 2022-ci ildən bəri ən yüksək rüblük mənfəətini açıqlayacağı gözlənilir. Proqnozlara əsasən, "Exxon Mobil" və "Chevron" şirkətlərinin mənfəəti birinci rüblə müqayisədə üç dəfədən çox artacaq.

Bununla yanaşı, analitiklər hesab edirlər ki, enerji şirkətlərinin gəlirlərinin artması ABŞ-də daxili siyasi müzakirələrə də təsir göstərə bilər. Belə ki, neft qiymətlərinin artması nəticəsində benzin və dizel yanacağının bahalaşması istehlakçıların xərclərini artırır ki, bu da inflyasiya ilə bağlı narahatlıqları gücləndirir.

Müşahidəçilər qeyd edirlər ki, Yaxın Şərqdə gərginliyin davam etməsi və enerji təchizatında qeyri-müəyyənliyin qalması halında neft və neft məhsulları bazarlarında qiymət dəyişkənliyinin yaxın dövrdə də yüksək səviyyədə qalacağı gözlənilir.скачать dle 10.6фильмы бесплатно


0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

İranla münaqişənin uzanması enerji şirkətlərinin gəlirlərini artırır
Ağdam Sənaye Parkındakı müəssisələr 1,86 milyard manatlıq məhsul satıb
Özbəkistan Prezidenti şeyxülislam Allahşükür Paşazadəni “El-yurt hörməti” ordeni ilə təltif edib
Azərbaycan hava məkanında çox yüngül uçuş aparatları ilə bağlı hüquqi baza yaradılır
Bursa Azərbaycan musiqisinin sehrinə bürünüb
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın yüksəksəviyyəli dialoqunda iştirak edib

İranla münaqişənin uzanması enerji şirkətlərinin gəlirlərini artırır

Ağdam Sənaye Parkındakı müəssisələr 1,86 milyard manatlıq məhsul satıb

Özbəkistan Prezidenti şeyxülislam Allahşükür Paşazadəni “El-yurt hörməti” ordeni ilə təltif edib

Azərbaycan hava məkanında çox yüngül uçuş aparatları ilə bağlı hüquqi baza yaradılır

Bursa Azərbaycan musiqisinin sehrinə bürünüb

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın yüksəksəviyyəli dialoqunda iştirak edib

Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada

ABŞ-də Azərbaycanın strateji rolu və biznes imkanları təqdim olunub

Bir sıra qanunlarda dəyişikliklər təklif edilir

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqləyib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.