Qarabağdan gedən ermənilər İrəvan ermənilərindən narazıdırlar Etiraz aksiyası
“Yaşamağa yerimiz yoxdur hakimiyyət nümayəndələri və yerli ermənilərdən özümüzə qarşı hər zaman tənqid və narazılıq görürük”
İşğaldan azad edilən Laçın rayonunda vaxtilə qanunsuz məskunlaşmış ermənilər bu gün Ermənistanda hökumət binasının qarşısında etiraz aksiyası təşkil ediblər. Etirazçılar arasında müharibəsi iştirakçıları da var.
DİASPOR.İNFO erməni mediasına istinadla xəbər verir ki, icma başçısı Aykazyan Armen bildirb ki, ötən ilin okrtyabr ayından etibarən sakinlər evlərini tərk etməyə başlayıblar.
Onun sözlərinə görə, Laçından qaşqın düşən 13 min erməninin (təxminən 3000 ailə) bir tələbi var – itirdikləri əmlakına görə onlara təzminat ödənilsin.
Aykazyan qeyd edib ki, texniki səhvlər və sənədlərdəki problemlərə görə oradan gələnlərin 20% -i təzminat ala bilmir. “Biz ya ev ya da ev almaq üçüb vəsait versinlər. Artıq orada məskunlaşıb təşərrüfatla məşğul olmaq istəyirik. Milyonlara ehtiyacımız yoxdur, yaşamaq üçün yerə ehtiyacımız var” -deyə Aykazyan bildirib.
“Köçürülmədən bir neçə saat əvvəl icmalarımızın Azərbaycanın nəzarəti altına keçməsi barədə bizə xəbərdarlıq edildi, heç bir şey çıxara bilmədik. Evlərimizi, mülklərimzi, təsərrüfatlarımızı tərk edik. İndi də kirayə mənzillərdə qalırıq və bizə olan narazılıqları dinləməyə məcbur oluruq”- deyə Azərbaycanın Mincivan bölgəsindən İrəvana qaçmış erməni bildirib. Etirazçılar hakimkyyəti olnara verdiyi yardımı da yetərli hesab etmirlər. Verilən pul kirayə və kommunal xərci ödəməyə çatmır.
Etirazçılardan biri İrəvanda yerli sakinlərin və hakimiyyət nümayəndələrinin onlara göstərdiyi münasibətdən narazı olduqlarını deyib: “Bütün müvafiq strukturlara müraciət etmişik. Lakin onlar ya müracitələrimizi dinləmir, ya da bizə rədd cavabı verirlər. Biz hər şeydən məhrum olmuşuq. Ona görə də indi kömək istəməyə məcburuq. Başımızın üstündəki damın olmasına ehtiyacımız var”. Qarabağdan gələn ermənilər Ermənistanın hakimiyyət, yerli özünüidarəetmə nümayəndələri və yüksək vəzifəli məmurlarından narazılıq ediblər. Onlar hakimiyyət nümayəndələri və yerli ermənilərdən özlərinə qarşı hər zaman tənqid və narazılıq gördüklərini qeyd ediblər. Onlar bildiriblər ki, Ermənistanın onsuz da boş qlan kəndlərində yaşamaya bilərlər.