“Azərbaycan Gəncliyinin dünəni, bu günü və gələcəyi”
YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyi 2 Fevral Gənclər günü münasibətilə "Azərbaycan Gəncliyinin dünəni, bu günü və gələcəyi" adlı videokonfrans keçirib. DIASPOR.INFO xəbər verir ki, videokonfransda YAP İcra Katibliyinin Gənclərlə iş qrupunun rəhbəri Elmar Məmmədov, YAP Ağstafa rayon təşkilatının əməkdaşları, YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin üzvləri, Aqrar İnkişaf Könüllü Təşkilatının üzvləri, Gənclər və İdman İdarəsinin əməkdaşları və fəal gənclər iştirak edibler.
Videokonfransın moderatoru, YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Aytən Məmmədli çıxış edərək bildirib ki, Müasir Azərbaycanın inkişafında gənclərin rolu da az deyil. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Daha sonra YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin üzvü Aygün Allahyarova Azərbaycan gəncliyinin tarixi keçmişi haqqında məlumat verib. Dünyanı cənginə almış Covid-19 pandemiyası ilə mübarizədə gənclərimizin fəaliyyəti haqqında YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin üzvü Tapdıq Orucov danışıb.
Videokonfransda Aqrar İnkişaf Könüllülərinin nümayəndəsi Günəş Nəsibova çıxış edərək, gənclərin Aqrar sahədə fəaliyyətindən danışıb. Gənclər İnkişaf və Karyera Mərkəzinin könüllüsü Aytəkin Mərdanlı dövlətimizin gənclərə yaratdığı imkanlardan danışıb. Daha sonra gənclərin gələcəkdə öhdəsinə düşən vəzifələr barədə danışan YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin üzvü Əlövsəd Allahyarov bildirib ki, işğaldan azad olunmuş torpaqlarımızın inkişafında gənclər öz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Gənclərə göstərilən diqqət və qayğıdan danışan Gənclər İdman İdarəsinin baş məsləhətçisi Turan Biləndəroğlu öz növbəsində gənclərimizi təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Sonda YAP İcra Katibliyinin Gənclərlə iş qrupunun rəhbəri Elmar Məmmədov çıxış edərək, gəncləri təbrik edib və onlara öz tövsiyyələrini bildirib.
Müəllif: Aysel Məmmədova