"Vətən Müharibəsində Azərbaycan ordusu ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük zəfərə imza atdı və Qarabağı mənfur erməni terrorçularından azad etdi. Azərbaycan ordusu Şuşanı azad etdikdən sonra növbət uğurlu hərbi əməliyyatlarla Xankəndini, Xocalını, Ağdərəni və digər əraziləridə qəsbikarlardan təmizləyə bilərdi. Ancaq hümanistlik, yeni insan itkilərinə yol verməmək üçün Ermənistanın Rusiya vasitəsi ilə yalvarışlarını dəyərləndirdi və beləliklədə Nikol Paşinyan kaputuliyasiyanı imzaladı". Bunu Diaspor info-ya açıqlamasında Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev deyib.
Onun sözlərinə görə, hərbi sahədə misli görünməmiş uğura nail olan Azərbaycan həm də, üçtərəfli razılaşma ilə diplomatiya sahəsində də böyük zəfərə imza atmış oldu: "Ağdam, Laçın və Kəlbəcər bir güllə belə atılmadan, dağıntılar olamadan Azərbaycana təhvil verildi. 10 noyabr razılaşmasına əsasən Azərbaycanın Türkiyə ilə quru yolla əlaqələri təmin oluncaq. Çünki, Ermənistan Mehri vasitəsi ilə Naxçıvan Muxtar Respublikasına dəhlizin yaradılmasına məcbur edilib".
H.Qarayev Azərbaycan cəmiyyətinin Rusiya sülhməramlı qüvvələrin Qarabğda yerləşdirilməsindən keçirdiyi narahatçlığın başadüşülən olduğunu, ancaq bunun heç də, problem yaratmayacağına əmin olduğunu söylədi. Fikirini də, onunla əsaslandırdı ki, Azərbaycan qalib tərəfdir və Rusiyada bu qələbəni etiraf edir: "Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirb. Eyni zamnda Rusiya prezidenti qeyd edib ki. 10 noyabr razılaşması olmasa idi, Ermənistanın vəziyyəti daha ağır ola bilərdi. Bu etiraflar onu deməyə əsas verir ki, Rusiya tərəfi tarixi qardaşlıq yardımını Ermənistana göstərsə də, heç bir halda Azərbaycanın suverenliyinə zidd olan addımlar atmağa cəsarət etməyəcək. Düzdür, Rusiyada elə ermənipərəst qüvvələr var ki, onlar erməni terrrorçularına dəstək göstərməyə, himayə etməyə çalışırlar. Bu günlər terrorçubaşı Araik Artunyan Moskvada olub və Kremlin qaranlıq dairələrinin müəyyən şəxsləri ilə görüşlər keçirib. Təbii ki, bu kimi görüşlər və sövdələşmələrdən Rusiya xarici işlər naziri Sergey Lavrovda xəbərsiz deyil. Əgər xəbərdiardırsa və müəyyən tədbirlər görülməsinə səy göstərmirsə, bu artıq separatizmin dəstəkləməsi deməkdir. Ümumiyyətlə, Kələntəryan (S.Lavrov nəzərdə tutulur) hər zaman separatçılara dətək verməsi ilə tanınıb. Bu günlər onun keçirdiyi mətbuat konfransında Laçın dəhlizi vasitəsi ilə Ermənistan hakimiyyət nümayəndələrinin Azərbaycanın razılığı olmadan Xankəndinə gəlmələrinə haqq qazandırması və Qarabağın statusunun gələcəkdə müzakirə olunması ehtimalını irəli sürməsi onun heçdə xoşməramlı vasitəçi olmadığını göstərir. Yəni kələntəryan birmənalı şəkildə erməni mənafeynə xidmət edir.
Hələ Vətən Müharibəsindən öncə, bu erməni təssübkeşi S.Lavrov sülhməramlıların Qarabağda yerləşdirilməsi ilə bağlı fikirlər sələndirmişdir: "Bölgədə sülhməramlılar yerləşdirilə bilər. Biz istərdik ki, bu sülhməramlılar Rusiyanı təmsil etsinlər".
Lavrovun xəyalları reallaşdı, ancaq Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsindən sonra. Lavrov istəyinə çatdı, amma Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra. Bundan sonar heç bir qüvvə Azərbaycanın maraqlarına qarşı çıxa bilməz. Hər hansı bir təxribat baş verəcəksə, həmin təxribatın qarşısı dəmir yumruğumuzla məhv ediləcək".