Nazirlər Kabineti “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərarında dəyişiklik edib.
Diaspor info xəbər verir ki, dəyişikliyə əsasən, Qərarın 2-ci hissənin ikinci və üçüncü abzaslarından “dövlət” sözü çıxarılır, dördüncü abzasına “uşaqlar” sözündən sonra “, habelə onların arasından olan şəxslər” sözləri, “avadanlıqla” sözündən sonra “və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə” sözləri əlavə edilir.
Həmçinin 4-cü hissədə “humanitar və sosial” sözləri “Sosial” sözü ilə əvəz olunur.
161