"15 iyun Şuşa bəyənnaməsi Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir". Bu sözləri Diaspor info-ya açıqlamasında Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Şuşa bəyənnaməsi dövlətimizin tarixi üçün çox önəmli bir gündə "Qurtuluş" günündə imzalanıbdır: "Həmçinin bu bəyənnamə təkcə Türkiyə-Azərbaycan strateji mütəffiqliyini növbəti bir mərhələyə daşımadı eyni zamanda Türk dövlətlər təşkilatında da əlaqələrin daha da dərinləşməsinə səbəb oldu. Şuşa bəyənnaməsi növbəti dəfə Türkiyə-Azərbaycan-Pakistan qanunverici orqanlarının rəhbərlərinin imzaladığı Bakı bəyənnaməsinə də rəvanc vermiş oldu. Şuşa bəyənnaməsindən sonra Azərbaycanla Türkiyənin bir-birinin dövlət müstəqilliyinə qarantiyor olma arzuları, istəkləru rəsmi bəyənnamə üzərində özünü göstərdi. Şuşa bəyənnaməsi imzalandığdan sonra Azərbaycan-Türkiyə arasında müdafiə və s. digər sahələrdə olan əməkdaşlıqlar daha da genişlənməyə başladı. Bununla yanaşı bu bəyənnamə həm Azərbaycanın, həm də Türkiyənin ərazi bütövlüyünə qarşı ola biləcəj təhdidlərdə hər iki ölkənin birgə addımlanmasını özündə ehtiva etdi. Bundan sonra Türkiyəyə və Azərbaycana edilən hər bir hücum eyni zamanda hər iki ölkəyə qarşə atılmış addım kimi dəyərləndiriləcək. Bu baxımdan düşünürəm ki, özəlliklə gələcəkdə Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və dermitasiya prosesi eyni zamanda reallaşa biləcək sülh danışıqlarında Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa bəyənnaməsi bizim təhlükəsizlik və digər məsələlərdə siyasi nüfuzumuzu daha da gücləndirir".
Müəllif: Banuçiçək Hüseynli
183