“Erməni xalqı cinayətkarların əlində oyuncağa çevrilib” ÖZƏL-MÜNASİBƏT
“Ermənistanı canilər, kriminallar idarə edir. Ermənistanda hakimiyyət uğrunda gedən mübarizələr hakimiyyətdə olanların və olmaq istəyənlərin keçmişi, keçdikləri yol deməyə əsas verir ki, ölkəni tamamilə kriminallar, müxtəlif cinayətlərdə əlləri olanlar, xalqı talayanlar idarə edirlər.” Bu sözləri DİASPOR.İNFO -ya müsahibəsində Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.
Komitı sədri xatırladıb ki, Koçaryanın, Sarkisyanın, Paşinyanın, eləcə də yüksək vəzifə tutmuş bir çox Ermənistan rəhbərlərini hakimiyyətə gətirən yolların ilk izləri cinayətdən, insan qətllərindən, zorakılıqdan, zülümdən, oğurluqdan, dələduzluqdan başlayır və bu izlər hakimiyyətin ən yüksək pilləsinə kimi gedib çıxır.
“Fikir verin, Koçaryan, Sarkisyan ağlı kəsən gündən azərbaycanlı, türk qanı tökməyə hazır olduqlarını bəyan edən və faşist əməlləri ilə vəhşi varlıq olduqlarına görə məhz hakimiyyətə gəlıblər, ölkə başçısı seçiliblər. Onlar qatı millətçi, cani olmasaydılar, sözsüz ki, kriminal aləm tərəfindən müdafiə edilməz və ölkə rəhbəri ola bilməzdilər. Paşinyan da faşist ideologiyasını dəstəkləməsəydi, faşizmə rəğbət bəsləyib, qan tökmək, zülm etmək yolunu tutmasaydı baş nazir seçilə bilməzdi, cinayətkarlıqdan dəstək alıb rəhbər vəzifəyə yüksəlməzdi.
Baş nazirin bugünkü fəaliyyəti, Ermənistanda yaranmış vəziyyət, kütləvi həbslər, qətllər, qarşıdurmalarla və bu baxımdan xarakterikdir. İndi bu ölkədə cinayətkarlar cinayətkarlığa qarşı mübarizəyə qalxmışlar. Kriminallar arasında mübarizə kəskinləşir. İqtisadi, siyasi böhran dərinləşir. Mübarizə isə erməni xalqının gələcəyi, xöşbəxtliyi uğrunda deyil, vəzifə uğrunda gedir. Xalq adını siyasətçi qoyan millətçi cinayətkarların əlində bir topa çevrilən oluncaqdır. Daha dəqiq desək, erməni xalqı cinayətkarların əlində bir oluncağa çevrilib. Bu, hazırda erməni xalqının guya taleyi, mənafeyi üçün çalışan, canını fəda etməyə hazır olmaq şuarları ilə meydana atılan “Çiçəklənən Ermənistan” partiyasının sədri, milyonçu Qaqik Sarukyanın timsalında da aydın görünür. Faktlar sübut edir ki, Qaqik Sarukyanın da keçmişi ləkəlidir. O, cinsi zorakılığa görə xeyli müddət həbsdə olub, kriminal aləmlə əlaqəlidir, Koçaryana yaxınlığı ilə seçilir və onun hakimiyyəti dövründə külli miqdarda vəsait toplayıb, partiya yaradıb, deputat seçilib. Həmçinin bir çox insan qətllərinin, həbslərin, zorakılığın təşkilatçısı olub. Belə bir adam bu gün Paşinyan hakimiyyətinə qarşı çıxaraq xalqın tərəfində olduğunu bəyan etməklə, əslində xaqı yox, özünü düşünür, xal yığmaq, vəzifə tutmaq, daha çox varlanmaq niyyətindədir. Paşinyan hakimiyyətinə qarşı çıxdığı üçün deputat səlahiyyətlərinə xitam verilən, həbsi gözlənilən bu insanın milli mənafelərdən, insan haqlarından, demokratiyadan dəm vuraraq insanları kütləvi nümayişlərə səsləməsi onun keçmiş əməlləri qarşısında çox gülünc görünür.
Əlbəttə, Paşinyan millətçidir, faşist ideologiyasına xidmət edir. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllində aqressiv mövqe tutur, beynəəlxalq hüquq normalarına məhəl qoymur. Xalq fədaisi donu altında erməni xalqını aldadır. Öz hakimiyyətinin ömrünü uzatmaq üçün bütün vasitələrə əl atır, əleyhinə çıxanları həbs etdirir, vəzifədən uzaqlaşdırır, sıxışdırır, ölkədən çıxarır, təqib və təhqirə məruz qoyur. Vaxtilə hakimiyyətə gəlmək üçün demokratiyanı, ədaləti, bərabərliyi əldə şuar edən bu adamın antidemokratik hərəkətləri təbiidir. Çünki, o hakimiyyətə demokratik yolla deyil, kimlərinsə sifarişi, dəstəyi ilə gəlib və həmin tərəflərion də tapşırıqlarını yerinə yetirməlidir və yetirir də. Hər zaman olduğu kimi Paşinyan üçün xalqın taleyi, mənafeyi, ölkənin gələcəyi, demokratiya, demokratik təsisatların, beynəlxalq təşkilatların guya əsaslandığı ali dəyərlər əsas ola bilməz. Onun üçün havadarlarının mənafeyi maraqlıdır.
Məsələ burasındadır ki, həmin demokratik institutlar, təsisatlar özləri də bu cinayətkar ölkədəki antidemokratik mühiti görməməzliyə vurur. Demokratik ideyalarının, dəyərlərinin Ermənistanda ayaqlar altına atıldığına məhəl də qoymurlar. Nəinki antidemokratik hərəkətlərə, hətta zorakılıqlara, qanunsuzluqara, hər cür əməllərə susqunluq nümayiş etdirir və bununla eyni zamanda bir təşkilat olaraq demokratik dəyərlərə söykəndiyini, ali dəyərlər üzərində qurulduğunu, bu dəyərlərə əsaslandığını şübhə altına alır. Əvəzində, dünya ictimaiyyətinin diqqətini ikili standartlar siyasəti yeritdikləri ilə cəlb edirlər həmin o demokratik təşkilatlar. Bu isə öz növbəsində onların öz nüfuzuna xələl gətirir və bu təsisatlara, institutlara dünya ictimaiyyətinin inamı durmadan itir.
Sözsüz ki, Ermənistandakı vəziyyət uzun müddət davam edə bilməz. Baş nazir vəzifədən gedəcək. Ancaq hakimiyyətə kimin gələcəyi çox maraqlıdır. Əgər cinayətkar aləmlə əlaqəsi olan, millətçi mövqeyi tutan bir insan hakimiyyətə gələrsə, bu Ermənistanda vəziyyətin yaxşılaşmasına yox, əksinə, böhranın daha da dərinləşməsinə, yeni fəlakətlərə yol açacaqdır. Erməni xalqı bu barədə çiddi düşünməli, vəziyyətdən çıxış yolu tapmalıdır. Yoxsa, çinayətkarların hakimiyyəti xalqı yeni cinayətlətə aparacaqdır”, deyə Tahir Rzayev bildirib.
Müəllif: İnam Hacıyev