• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Abituriyent” jurnalının 12-ci nömrəsində imtahan nəticələrinin elmi-statistik təhlili təqdim edilib

Dünən, 20:00 | Baxılıb: 26
““Abituriyent” jurnalının 12-ci nömrəsində imtahan nəticələrinin elmi-statistik təhlili təqdim edilib

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəsində çap edib.

Mərkəzdən Diaspor.info-ya bildirilib ki, elmi-statistik təhlillər DİM-in keçirdiyi müxtəlif səpkili imtahanların ayrı-ayrı istiqamət və çoxsaylı parametrləri üzrə aparılıb. Təhlillər DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə yerinə yetirilib.

Elmi-statistik təhlilin nəticələri ictimaiyyət üçün açıqdır və mütəmadi olaraq pedaqoji ictimaiyyətin, təhsil qurumlarının və məktəb müəllimlərinin iştirakı ilə keçirilən müxtəlif görüş və konfranslarda müzakirə edilir.

Burada ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə üzrə, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, bunların əsas parametrləri əhatəli şəkildə araşdırılıb, təklif və tövsiyələr irəli sürülüb.

Jurnalın elektron versiyasını DİM-in saytında Fəaliyyət/Təqiqat bölməsindən ödənişsiz əldə etmək olar.

Qeyd edək ki, DİM tərəfindən yaradılmış mekteb.edu.az portalından istifadə etməklə hər bir rayonun istənilən məktəbi barədə statistik məlumatlarla tanış olmaq mümkündür. Ayrı-ayrı şəhər və rayonların məzunlarının imtahanlardakı nəticələrinə dair statistik məlumatlar regional təhsil idarələrinə və rayon təhsil sektorlarına da göndərilir.

Bundan əlavə, “Abituriyent” jurnalının 12-ci nömrəsinə əlavə kimi “Qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri”, “Kənd təsərrüfatı profilli ixtisaslar statistikada”, “Neft-qaz profilli ixtisaslar statistikada” araşdırmalarının elektron variantı ilə müvafiq bölmədə linklərdə tanış olmaq mümkündür.скачать dle 10.6фильмы бесплатно


26

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb
Katalin Predoyu: Bakı üzərindən keçən marşrutların genişlənməsi Rumıniya üçün də yeni iqtisadi imkanlar yaradır
Pərvanə Vəliyeva: Ermənistanda çaylara çirkab suların axıdılması Azərbaycan ərazisinə də təsir edir
İlhamə Qədimova: Dövlət proqramı 2030-cu ilə qədər olan dövrü əhatə etsə də, sonrakı mərhələlərdə də davam etdiriləcək
“Abituriyent” jurnalının 12-ci nömrəsində imtahan nəticələrinin elmi-statistik təhlili təqdim edilib
“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

Katalin Predoyu: Bakı üzərindən keçən marşrutların genişlənməsi Rumıniya üçün də yeni iqtisadi imkanlar yaradır

Pərvanə Vəliyeva: Ermənistanda çaylara çirkab suların axıdılması Azərbaycan ərazisinə də təsir edir

İlhamə Qədimova: Dövlət proqramı 2030-cu ilə qədər olan dövrü əhatə etsə də, sonrakı mərhələlərdə də davam etdiriləcək

“Abituriyent” jurnalının 12-ci nömrəsində imtahan nəticələrinin elmi-statistik təhlili təqdim edilib

“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır

Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib

İlham Əliyev "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqləyib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.