• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İlhamə Qədimova: Dövlət proqramı 2030-cu ilə qədər olan dövrü əhatə etsə də, sonrakı mərhələlərdə də davam etdiriləcək

Dünən, 21:00 | Baxılıb: 29
“İlhamə Qədimova: Dövlət proqramı 2030-cu ilə qədər olan dövrü əhatə etsə də, sonrakı mərhələlərdə də davam etdiriləcək

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın regionlarda təqdimatı və sahibkarlarla birbaşa müzakirələrin aparılması proqramın effektiv icrası baxımından xüsusi əhəmiyyət daşıyır.
Diaspor info xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova jurnalistlərə açıqlaması zamanı bildirib.

Nazir müavini qeyd edib ki, Şəmkir rayonu kənd təsərrüfatı üzrə formalaşmış ənənələri, yüksək istehsal göstəriciləri və iqtisadi potensialı ilə seçilir.

“Qazax–Tovuz iqtisadi rayonu bağçılıq, tərəvəzçilik, heyvandarlıq və taxılçılıq sahələrində ölkənin aparıcı regionlarından biridir. Bu səbəbdən dövlət proqramının bu regionda tanıdılması, nəzərdə tutulan tədbirlərin sahibkarlarla müzakirəsi və onların təkliflərinin dinlənilməsi xüsusi əhəmiyyət kəsb edir. Cari ay ərzində digər rayonlarda da analoji görüşlərin və təqdimatların keçirilməsi planlaşdırılır. Növbəti mərhələdə əsas diqqət proqram çərçivəsində müəyyən olunmuş tədbirlərin icrasına yönəldiləcək. Bu məqsədlə yerli icra hakimiyyəti orqanları ilə birlikdə rayonlar üzrə fəaliyyət planları hazırlanacaq və onların icrasına başlanılacaq. İcra prosesində qarşıya çıxan maneələrin, mövcud çatışmazlıqların və əlavə ehtiyacların müəyyən edilərək hökumətə təqdim olunması da nəzərdə tutulur. Dövlət proqramı 2030-cu ilə qədər olan dövrü əhatə etsə də, kənd təsərrüfatının inkişafı fasiləsiz prosesdir və sonrakı mərhələlərdə də davam etdiriləcək”, – deyə o əlavə edib.

İlhamə Qədimova fermer və sahibkarlarla davamlı dialoqun vacibliyini vurğulayaraq qeyd edib ki, proqramda nəzərə alınmayan məsələlərin gələcək inkişaf sənədlərində əksini tapması üçün onların rəyləri xüsusi əhəmiyyət daşıyır: “Şəmkir rayonu üzrə ötən il təxminən 1 milyard 250 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub və region məhsuldarlıq göstəricilərinə görə ölkə üzrə ön sıralardadır. Aqroparkların məhsuldarlıq göstəriciləri də ölkə ortalamasından yüksəkdir. Lakin əsas yanaşma mövcud potensialın düzgün qiymətləndirilməsi və əlavə imkanların iqtisadi dövriyyəyə cəlb edilməsidir. Potensial olan istiqamətlər üzrə istehsalın artırılması, emal imkanlarının yaradılması və əlavə dəyər zəncirinin genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir”.скачать dle 10.6фильмы бесплатно


29

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb
Katalin Predoyu: Bakı üzərindən keçən marşrutların genişlənməsi Rumıniya üçün də yeni iqtisadi imkanlar yaradır
Pərvanə Vəliyeva: Ermənistanda çaylara çirkab suların axıdılması Azərbaycan ərazisinə də təsir edir
İlhamə Qədimova: Dövlət proqramı 2030-cu ilə qədər olan dövrü əhatə etsə də, sonrakı mərhələlərdə də davam etdiriləcək
“Abituriyent” jurnalının 12-ci nömrəsində imtahan nəticələrinin elmi-statistik təhlili təqdim edilib
“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

Katalin Predoyu: Bakı üzərindən keçən marşrutların genişlənməsi Rumıniya üçün də yeni iqtisadi imkanlar yaradır

Pərvanə Vəliyeva: Ermənistanda çaylara çirkab suların axıdılması Azərbaycan ərazisinə də təsir edir

İlhamə Qədimova: Dövlət proqramı 2030-cu ilə qədər olan dövrü əhatə etsə də, sonrakı mərhələlərdə də davam etdiriləcək

“Abituriyent” jurnalının 12-ci nömrəsində imtahan nəticələrinin elmi-statistik təhlili təqdim edilib

“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır

Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib

İlham Əliyev "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqləyib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.