• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Katalin Predoyu: Bakı üzərindən keçən marşrutların genişlənməsi Rumıniya üçün də yeni iqtisadi imkanlar yaradır

Dünən, 23:00 | Baxılıb: 27
“Katalin Predoyu: Bakı üzərindən keçən marşrutların genişlənməsi Rumıniya üçün də yeni iqtisadi imkanlar yaradır

Rumıniyanın daxili işlər naziri və Milli Liberal Partiyasının (PNL) liderlərindən biri Katalin Predoyu hesab edir ki, ölkədə tam səlahiyyətli hökumətin olmaması Rumıniyanın Avrasiya məkanında formalaşan yeni iqtisadi və nəqliyyat marşrutlarında strateji mövqe qazanmaq imkanlarını zəiflədə bilər.

Diaspor info “Agerpres” milli xəbər agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, K.Predoyu bildirib ki, qlobal miqyasda ticarət, enerji və logistika marşrutları uğrunda rəqabətin gücləndiyi bir dövrdə Rumıniya həlledici mərhələyə daxil olub.

Onun sözlərinə görə, Qara dəniz, Mərkəzi Avropa, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyanın kəsişməsində yerləşən Rumıniya Avropanın əsas bağlantı mərkəzlərindən birinə çevrilmək potensialına malikdir. Lakin siyasi qeyri-müəyyənlik və tam səlahiyyətli hökumətin olmaması bu imkanlardan istifadəni çətinləşdirir.

K.Predoyu xüsusilə Orta Dəhlizin əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Avropa ilə birləşdirən bu marşrut Rusiyadan keçən ənənəvi ticarət yollarına alternativ kimi sürətlə inkişaf edir. Nazirin fikrincə, Konstansa limanı Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə daşınan yüklərin Avropa İttifaqına daxil olduğu əsas qapılardan birinə çevrilə bilər.

K.Predoyu bildirir ki, Azərbaycan artıq Orta Dəhlizin əsas iştirakçılarından biri kimi çıxış edir və Xəzər hövzəsi ilə Avropa arasında nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Onun fikrincə, Bakı üzərindən keçən marşrutların genişlənməsi Rumıniya üçün də yeni iqtisadi imkanlar yaradır. Nazir, həmçinin Azərbaycan, Ermənistan və Naxçıvan arasında formalaşan yeni nəqliyyat bağlantılarına da toxunub. O qeyd edib ki, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra gündəmə gələn yeni marşrutlar Cənubi Qafqazın geoiqtisadi əhəmiyyətini daha da artırır və Avropa ilə Asiya arasında yükdaşımaların sürətlənməsinə xidmət edə bilər.

K.Predoyu Qara dəniz hövzəsinin enerji təhlükəsizliyi baxımından da strateji əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Gürcüstan və Rumıniya arasında planlaşdırılan sualtı enerji kabeli layihəsi, eləcə də Azərbaycan və Mərkəzi Asiya ölkələrinin bu təşəbbüsə qoşulmaq marağı Rumıniyanı Avropaya yaşıl enerji axınının əsas qovşaqlarından birinə çevirə bilər.

Təhlildə bildirilir ki, Rumıniya üçün digər mühüm istiqamətlərdən biri də Yunanıstan, Bolqarıstan, Rumıniya, Ukrayna və Moldovanı birləşdirən “şaquli dəhliz” layihəsidir. ABŞ və Avropa İttifaqının dəstəklədiyi bu təşəbbüs enerji, logistika və ticarət əlaqələrinin inkişafına xidmət edir.

K.Predoyunun fikrincə, bütün bu layihələri birləşdirən əsas amil onların Qara dəniz hövzəsində kəsişməsidir. O vurğulayıb ki, Rumıniya Konstansa limanı, Dunay–Qara dəniz kanalı, Dunay çayı və Avropa İttifaqının vahid bazarına çıxışı sayəsində unikal üstünlüklərə malikdir. Lakin bu üstünlüklərin real nəticəyə çevrilməsi üçün siyasi sabitlik, sürətli qərar qəbulu və beynəlxalq danışıqlarda fəal iştirak vacibdir.скачать dle 10.6фильмы бесплатно


27

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb
Katalin Predoyu: Bakı üzərindən keçən marşrutların genişlənməsi Rumıniya üçün də yeni iqtisadi imkanlar yaradır
Pərvanə Vəliyeva: Ermənistanda çaylara çirkab suların axıdılması Azərbaycan ərazisinə də təsir edir
İlhamə Qədimova: Dövlət proqramı 2030-cu ilə qədər olan dövrü əhatə etsə də, sonrakı mərhələlərdə də davam etdiriləcək
“Abituriyent” jurnalının 12-ci nömrəsində imtahan nəticələrinin elmi-statistik təhlili təqdim edilib
“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

Katalin Predoyu: Bakı üzərindən keçən marşrutların genişlənməsi Rumıniya üçün də yeni iqtisadi imkanlar yaradır

Pərvanə Vəliyeva: Ermənistanda çaylara çirkab suların axıdılması Azərbaycan ərazisinə də təsir edir

İlhamə Qədimova: Dövlət proqramı 2030-cu ilə qədər olan dövrü əhatə etsə də, sonrakı mərhələlərdə də davam etdiriləcək

“Abituriyent” jurnalının 12-ci nömrəsində imtahan nəticələrinin elmi-statistik təhlili təqdim edilib

“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır

Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib

İlham Əliyev "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqləyib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.