• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Abituriyentlər iyulun 7-dən 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər

Bu gün, 09:00 | Baxılıb: 0
“Abituriyentlər iyulun 7-dən 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq istəyən abituriyentlər iyulun 7-dən 20-dək sənədləri Dövlət İmtahan Mərkəzinə (Ünvan: Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və ya onun regional bölmələrindən birinə təqdim etməlidirlər.

Bu barədə Diaspor.info-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, bu, aşağıda qeyd olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərə aiddir:

Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);

Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);

Yüksək yerləşdirmə (Advanced Placement).

"Abituriyentin elektron ərizəsi" nin surəti, müvafiq proqram üzrə əldə olunmuş təhsil sənədinin əslini və surətini təqdim etməlidirlər.

Abituriyentlərin beynəlxalq diplom üzrə nəticələri (qiymətlərini) elektron formada da DİM-ə təqdim olunur: "Bunun üçün onlar sənədi verən beynəlxalq qurumun rəsmi saytında öz şəxsi hesabı və ya bitirdiyi məktəbin nümayəndəsinin hesabı vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu (039315) daxil etməklə nəticələrinin DİM-ə göndərilməsini təmin etməlidirlər.

IB diplomu üzrə nəticələrini (qiymətlərini) təqdim edən abituriyentlər IB-nin rəsmi saytında bitirdiyi məktəbin nümayəndəsinin (Diploma Programme Coordinator) hesabı və ya öz şəxsi hesabları vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu (039315) daxil etməklə nəticələrinin elektron formada DİM-ə göndərilməsini təmin edə bilərlər".

Bu abituriyentlər "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"na əsasən Azərbaycan dili fənnindən ayrıca imtahan verib məqbul qiymət almış olmalıdırlar.

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul üçün minimal bal (və ya qiymət) tələbləri təhsil proqramları üzrə aşağıda təqdim olunub:

Beynəlxalq Bakalavriat Diplom Proqramı; - Ödənişli əsaslarla qəbul üçün - 25 ("Hüquqşünaslıq" və "Tibb" ixtisasları üzrə - 30) - Dövlət sifarişi əsasında qəbul üçün - 35;

Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə); - Ödənişli əsaslarla qəbul üçün - C - Dövlət sifarişi əsasında qəbul üçün - B;

Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə). - Ödənişli əsaslarla qəbul üçün - 3 - Dövlət sifarişi əsasında qəbul üçün - 4.Qeyd 1: "Müvafiq üç imtahan fənni" dedikdə I ixtisas qrupu üzrə riyaziyyat, fizika və kimya fənləri, II ixtisas qrupu üzrə riyaziyyat, coğrafiya və tarix fənləri, III ixtisas qrupu (DT altqrupu) üzrə Azərbaycan dili və ya rus dili, tarix və ədəbiyyat fənləri, III ixtisas qrupu (TC altqrupu) üzrə Azərbaycan dili və ya rus dili, tarix və coğrafiya fənləri, IV ixtisas qrupu üzrə isə biologiya, kimya və fizika fənləri nəzərdə tutulur.

Qeyd 2: Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq üçün sənədlərini təqdim edən abituriyent DİM tərəfindən elan olunacaq müddətdə şəxsən DİM-ə və ya onun regional bölmələrinə müraciət edərək qəbul olmaq istədiyi ixtisasın kodunu yazılı şəkildə bildirməlidir.скачать dle 10.6фильмы бесплатно


0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyulun 10-da keçiriləcək
Bəzi qanunlara kraudfandinq fəaliyyəti ilə əlaqədar dəyişikliklər I oxunuşda qəbul olunub
İlham Əliyev: Donald Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
İordaniyanın xarici işlər naziri Azərbaycana səfərə gəlir
Səhiyyə nazirinə yeni müavin təyin edilib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyulun 10-da keçiriləcək

Bəzi qanunlara kraudfandinq fəaliyyəti ilə əlaqədar dəyişikliklər I oxunuşda qəbul olunub

İlham Əliyev: Donald Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var

Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İordaniyanın xarici işlər naziri Azərbaycana səfərə gəlir

Səhiyyə nazirinə yeni müavin təyin edilib

Abituriyentlər iyulun 7-dən 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər

ZAQATALANIN DAĞLI KƏNDİNDƏN TÜRKİYƏNİN HAYMANA SPOR AİLƏSİNƏDƏK …

Balakəndə "Balakən İntellekt Liqası - 2" layihəsinə start verilib

Milli Məclisin sədri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.