• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bəzi qanunlara kraudfandinq fəaliyyəti ilə əlaqədar dəyişikliklər I oxunuşda qəbul olunub

Bu gün, 13:00 | Baxılıb: 3
“Bəzi qanunlara kraudfandinq fəaliyyəti ilə əlaqədar dəyişikliklər I oxunuşda qəbul olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Lisenziyalar və icazələr haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsi I oxunuşda qəbul olunub.
Diaspor info xəbər verir ki, yeni qanun ölkədə kraudfandinq (kütləvi maliyyələşdirmə) fəaliyyətinin hüquqi çərçivəsini müəyyən etməyi və bu sahəni tənzimləməyi nəzərdə tutur. Layihəyə əsasən, Azərbaycan Respublikasının Mülki, Cinayət, Vergi və İnzibati Xətalar məcəllələri də daxil olmaqla, ümumilikdə 12 qanunvericilik aktına dəyişikliklər edilir.

Dəyişikliklərdə əksini tapan əsas məqamlar aşağıdakılardır:

Dövlət Rüsumu və Reyestr: Hüquqi şəxslərin kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Azərbaycan Mərkəzi Bankının reyestrinə daxil edilməsi üçün 2 750 manat məbləğində dövlət rüsumu müəyyən edilir.

Kraudfandinq platformalarının operatorları Mərkəzi Bankın nəzarət subyektləri sırasına daxil edilir. Operatorlar fəaliyyətlərinə dair hesabatları Mərkəzi Banka təqdim etməli olacaqlar.

Kraudfandinq qanunvericiliyinin pozulmasına görə ciddi cərimələr tətbiq ediləcək:

Məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə hüquqi şəxslər 3 000 manatdan 4 000 manatadək;

Hesabatların təqdim edilməməsinə və ya təhrif olunmasına görə hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək;

Pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə hüquqi şəxslər 6 000 manatdan 7 000 manatadək cərimə ediləcək.

Xaricə köçürmələrlə bağlı təsdiqedici sənədlərin müəyyən edilmiş müddətdə müvəkkil banklara və ya Mərkəzi Banka təqdim edilməməsinə, yaxud xaricdən qaytarılmalı olan valyutanın hesaba köçürülməməsinə görə fiziki şəxslər valyuta məbləğinin 5%-dən 10%-dək, hüquqi şəxslər isə 20%-dən 30%-dək məbləğdə cərimələnəcəklər. Kraudfandinq çərçivəsində qiymətli kağızların emissiyası və kütləvi təklifi isə "Kraudfandinq haqqında" yeni qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

Kraudfandinq platformalarının operatorları cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına (çirkli pulların yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə qanunvericiliyinin subyektlərinə çevrilirlər.

Bu qanun layihəsi "Kraudfandinq haqqında" Azərbaycan Respublikasının yeni Qanunu ilə eyni gündə qüvvəyə minəcək.скачать dle 10.6фильмы бесплатно


3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyulun 10-da keçiriləcək
Bəzi qanunlara kraudfandinq fəaliyyəti ilə əlaqədar dəyişikliklər I oxunuşda qəbul olunub
İlham Əliyev: Donald Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
İordaniyanın xarici işlər naziri Azərbaycana səfərə gəlir
Səhiyyə nazirinə yeni müavin təyin edilib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyulun 10-da keçiriləcək

Bəzi qanunlara kraudfandinq fəaliyyəti ilə əlaqədar dəyişikliklər I oxunuşda qəbul olunub

İlham Əliyev: Donald Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var

Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İordaniyanın xarici işlər naziri Azərbaycana səfərə gəlir

Səhiyyə nazirinə yeni müavin təyin edilib

Abituriyentlər iyulun 7-dən 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər

ZAQATALANIN DAĞLI KƏNDİNDƏN TÜRKİYƏNİN HAYMANA SPOR AİLƏSİNƏDƏK …

Balakəndə "Balakən İntellekt Liqası - 2" layihəsinə start verilib

Milli Məclisin sədri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.