• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Şəhid övladları Vaşinqtonda keçirilən “Zəfər” Yay Düşərgəsində iştirak edirlər

23-07-2026, 13:00 | Baxılıb: 35
“Şəhid övladları Vaşinqtonda keçirilən “Zəfər” Yay Düşərgəsində iştirak edirlər

Şəhid övladları Vaşinqtonda keçirilən “Zəfər” Yay Düşərgəsində iştirak edirlər

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin övladları üçün “Zəfər” Yay Düşərgəsi təşkil olunub.
Düşərgə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Gənclər və İdman Nazirliyinin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və ADA Universitetinin tərəfdaşlığı ilə həyata keçirilib.
Düşərgənin uğurla həyata keçirilməsində və proqramın səmərəli təşkilində Virciniya ştatındakı Azərbaycan Evi fəal iştirak edib. Həmçinin, düşərgənin beşinci günündə Azərbaycan Evinin təşkilatçılığı ilə iştirakçılar üçün ziyafət təşkil olunub.
ADA Universiteti, Xəzər Universiteti və Azərbaycan Tibb Universitetində təhsil alan, yüksək akademik göstəriciləri ilə seçilən 10 şəhid övladının qatıldığı düşərgənin məqsədi iştirakçıların ABŞ-nin dövlət idarəçiliyi sistemi, ali təhsil, STEM və innovasiya, hüquq, tarix və mədəniyyət sahələri ilə yaxından tanış olmalarını təmin etmək, onların beynəlxalq bilik və təcrübələrini zənginləşdirməkdir.
Düşərgə çərçivəsində ABŞ Konqresi, Konqres Kitabxanası, ABŞ Ali Məhkəməsi, Corc Vaşinqton Universiteti, Amerika Universiteti və Corctaun Universitetinə, eləcə də müxtəlif muzey və mədəniyyət müəssisələrinə səfərlər, ekspert təqdimatları, maarifləndirici görüşlər, mədəni proqramlar, tarixi-mədəni abidələrə ekskursiyalar təşkil olunub.
Proqramın ilk günü İndiana Universitetinin iqtisadiyyat üzrə doktorantı Xətai Alıyevin təqdimatında “Amerikada təhsil imkanları” mövzusunda təlim keçirilib. Təlimdə ABŞ-də ali təhsil sistemi, qəbul prosesi, təqaüd proqramları və beynəlxalq tələbələr üçün mövcud imkanlar barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
İştirakçılar, həmçinin Ağ Evin tarixi və ABŞ prezidentlik institutu haqqında interaktiv ekspozisiyaların sərgiləndiyi “The People’s House: A White House Experience” muzeyində olublar. Daha sonra Renvik Qalereyasında ABŞ-nin 250 illiyinə həsr olunan “State Fairs Tour: Growing American Craft” sərgisinə baş çəkib, Amerika sənətkarlığının inkişaf tarixini əks etdirən eksponatları izləyiblər. Onlar həmçinin Lafayette Meydanı və Ağ Evin ətrafında gəzərək Vaşinqtonun tarixi-mədəni mühitini yaxından müşahidə ediblər.
Amerika Tarixi Milli Muzeyinə təşkil olunan səfərdə “Prezidentlər pavilyonu”, “Birinci xanımlar” pavilyonu, Corc Vaşinqtonun heykəli, ABŞ Dövlət Himninə ilham vermiş tarixi bayraq və ölkənin 250 illiyinə həsr olunan “Həyat, azadlıq və xoşbəxtlik axtarışında” sərgisi iştirakçıların marağı ilə qarşılanıb.
Proqram çərçivəsində Milli İncəsənət Qalereyasında “Amerika İncəsənətinin Tərənnümü” (“Celebrating American Art”), “Əziz Amerika” (“Dear America”) və “Amerika Simvolu: ABŞ Bayrağı İncəsənətdə” (“The American Flag in Art”) sərgiləri də ziyarət olunub. Burada iştirakçılar Amerika təsviri incəsənətinin müxtəlif dövrlərini əks etdirən sənət nümunələrini izləyiblər.
Şəhid övladları Virciniya ştatının Aleksandriya şəhərində yerləşən “Torpedo Factory Art Center”də fəaliyyət göstərən rəssam emalatxanalarına baş çəkiblər. Onlar əslən Təbrizdən olan azərbaycanlı rəssam Əbülfəz Bahadurinin emalatxanasında yaradıcılıq prosesini yaxından izləyib, sənətkarla fikir mübadiləsi aparıblar. Daha sonra Aleksandriya şəhərinin tarixi küçələri və memarlıq irsi ilə tanışlıq imkanı əldə ediblər.
Qeyd edək ki, “Zəfər” Yay Düşərgəsi cari ilin 16 iyul tarixində başlayıb və 26 iyul tarixinədək davam edəcək.

Şəhid övladları Vaşinqtonda keçirilən “Zəfər” Yay Düşərgəsində iştirak edirlər
Şəhid övladları Vaşinqtonda keçirilən “Zəfər” Yay Düşərgəsində iştirak edirlər
Şəhid övladları Vaşinqtonda keçirilən “Zəfər” Yay Düşərgəsində iştirak edirlər
Şəhid övladları Vaşinqtonda keçirilən “Zəfər” Yay Düşərgəsində iştirak edirlər
Şəhid övladları Vaşinqtonda keçirilən “Zəfər” Yay Düşərgəsində iştirak edirlər
скачать dle 10.6фильмы бесплатно


35

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək
İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olunub
DƏMX: İsti hava şəraitində işçinin səhhətinin pozulması ilə bağlı məlumat əsasında araşdırma aparılır
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edib
Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb

İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək

İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olunub

DƏMX: İsti hava şəraitində işçinin səhhətinin pozulması ilə bağlı məlumat əsasında araşdırma aparılır

Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib

Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edib

Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb

Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə səfir təyin edilib

Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana səfir təyin olunub

Xəzər Boru Kəməri Konsorsiumu neft nəqlini müvəqqəti dayandırıb

Keçmiş məcburi köçkünlər qayıtdıqları evlərə mülkiyyət hüququ əldə edəcəklər

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.