• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb

Dünən, 15:00 | Baxılıb: 20
“Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb

Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb
Fransanın Kolmar şəhərində keçirilən VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi yekunlaşıb. Düşərgə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi”nin birgə iştirakı ilə baş tutub.
Fransa təbiətinin füsunkar guşələrindən birində, Kolmar şəhərinin meşə mənzərələri ilə əhatə olunan xüsusi ərazisində keçirilən düşərgədə Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alan qəhrəman şəhidlərimizin övladları ilə Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri bir araya gəliblər.
Zəngin proqrama malik düşərgə müddətində iştirakçılar üçün Fransanın tarixi ilə tanışlıq məqsədilə Kolmar və Strasburq şəhərlərinə xüsusi səfərlər təşkil olunub. Uşaqların fərdi inkişafı və dünyagörüşünün artırılması məqsədilə maarifləndirici panellər, komanda ruhunu gücləndirən intellektual oyunlar, mədəniyyət, idman və vətənpərvərlik mövzularında görüşlər keçirilib.
Layihənin bağlanış mərasimində proqramı müvəffəqiyyətlə tamamlayan məktəblilərə sertifikatlar təqdim edilib.
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi müddətində milli dəyərlər ətrafında sıx birləşən, yeni dostluqlar quran və unudulmaz xatirələr qazanan bütün iştirakçılar tədbirdən böyük məmnuniyyətlə ayrılıblar.
Qeyd edək ki, şəhid övladları ilə xaricdə yaşayan azərbaycanlı uşaqların iştirakı ilə keçirilən düşərgə gənc soydaşlarımızın milli kimliyinin formalaşmasına, Ana Vətənlə əlaqələrinin möhkəmlənməsinə, Azərbaycan həqiqətlərini dərindən mənimsəmələrinə və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlıqları haqqında ətraflı məlumat əldə etmələrinə xüsusi töhfə verib.

Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb
Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb
Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb
Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb
Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb
Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb
скачать dle 10.6фильмы бесплатно


20

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək
İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olunub
DƏMX: İsti hava şəraitində işçinin səhhətinin pozulması ilə bağlı məlumat əsasında araşdırma aparılır
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edib
Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb

İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək

İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olunub

DƏMX: İsti hava şəraitində işçinin səhhətinin pozulması ilə bağlı məlumat əsasında araşdırma aparılır

Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib

Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edib

Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb

Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə səfir təyin edilib

Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana səfir təyin olunub

Xəzər Boru Kəməri Konsorsiumu neft nəqlini müvəqqəti dayandırıb

Keçmiş məcburi köçkünlər qayıtdıqları evlərə mülkiyyət hüququ əldə edəcəklər

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.