• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edib

Dünən, 16:00 | Baxılıb: 24
“Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edib

Payızlıq əkin mövsümünə hazırlıq çərçivəsində torpaq sahələrinin aqrokimyəvi analizinin vaxtında aparılması gələcək məhsuldarlığın artırılması və torpaq ehtiyatlarının səmərəli idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu barədə Diaspor.info-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən (AXA) bildirilib.

Məlumata əsasən, AXA fermerlərə tövsiyə edir ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzrə əkin bəyanını təqdim etməzdən əvvəl torpaq sahələrini aqrokimyəvi analizdən keçirsinlər:

"Analiz nəticələri torpağın mövcud vəziyyətinin düzgün qiymətləndirilməsinə, elmi əsaslandırılmış aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsinə və əkin prosesinin daha səmərəli planlaşdırılmasına imkan yaradır. Torpaq analizlərinin nəticələri əsasında torpağın qida elementləri ilə təminat səviyyəsi dəqiq müəyyən edilir və buna uyğun elmi əsaslandırılmış gübrələmə proqramı hazırlanır. Analiz nəticələrinə uyğun olaraq mineral gübrələrin düzgün növ və normada tətbiqi bitkilərin qida maddələrinə olan tələbatının optimal şəkildə qarşılanmasına, gübrələrdən səmərəli və məqsədyönlü istifadəyə, onların səmərəliliyinin artırılmasına imkan verir".

Qeyd edilib ki, eyni zamanda, torpağın üzvi maddə və humus ehtiyatlarının artırılması, strukturunun yaxşılaşdırılması və bioloji fəallığının yüksəldilməsi məqsədilə üzvi gübrələrdən istifadənin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır:

"Mineral və üzvi gübrələrin torpağın aqrokimyəvi analiz nəticələri nəzərə alınmaqla balanslaşdırılmış şəkildə tətbiqi həm məhsuldarlığın artırılmasına, həm də torpaq münbitliyinin uzunmüddətli qorunmasına xidmət edir. Bu yanaşma münbit torpaqların tükənməsinin qarşısının alınmasına, mineral gübrələrdən səmərəli istifadəyə, eyni zamanda orqanik və bioloji gübrələrin tətbiqinin genişləndirilməsinə imkan yaradır. Bununla yanaşı, analiz nəticələri əsasında orqanik gübrələrin istifadəsinin təşviqi və əkin dövriyyəsinin (növbəli əkin) düzgün tətbiqi torpağın uzunmüddətli məhsuldarlığının qorunmasına xidmət edir. Torpaq tərkibinin ətraflı öyrənilməsi müxtəlif bölgələrdə hansı bitki növlərinin daha yüksək məhsuldarlıq verəcəyini müəyyən etməyə imkan yaratdığından fermerlər torpaq potensialına uyğun əkin planlaşdıraraq daha səmərəli nəticələr əldə edə bilərlər".Məlumatda vurğulanıb ki, aqrokimyəvi analizlər suvarma rejiminin elmi əsaslarla tənzimlənməsinə də şərait yaradır:

"Xüsusilə şoranlaşma riski yüksək olan ərazilərdə suvarma strategiyalarının təkmilləşdirilməsi, dağlıq və maili sahələrdə isə torpaq eroziyasının qarşısının alınması məqsədilə uyğun əkin texnologiyalarının və torpaq mühafizəsi tədbirlərinin seçilməsi analiz nəticələrinə əsaslanaraq daha effektiv həyata keçirilə bilər. Uzun illər intensiv istifadə olunan torpaqlarda qida maddələrinin azalması təbii prosesdir. Bu baxımdan torpaq analizlərinin nəticələri münbitliyin bərpası və artırılması üçün uzunmüddətli tədbirlərin müəyyən edilməsinə imkan verir. Düzgün aqrotexniki yanaşmaların tətbiqi torpaq ehtiyatlarının qorunmasına, ekoloji dayanıqlılığın gücləndirilməsinə və kənd təsərrüfatı istehsalının davamlı inkişafına xidmət edir. Aqrar Xidmətlər Agentliyi fermerləri payızlıq əkinlərə başlamazdan əvvəl torpaq sahələrinin aqrokimyəvi analizini vaxtında həyata keçirməyə, nəticələrə uyğun əkin və gübrələmə planı hazırlamağa çağırır. Bu yanaşma məhsuldarlığın artırılması, keyfiyyətli və təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalı, torpaq ehtiyatlarının qorunması, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və idxaldan asılılığın azaldılması baxımından mühüm əhəmiyyət daşıyır".скачать dle 10.6фильмы бесплатно


24

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək
İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olunub
DƏMX: İsti hava şəraitində işçinin səhhətinin pozulması ilə bağlı məlumat əsasında araşdırma aparılır
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edib
Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb

İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək

İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olunub

DƏMX: İsti hava şəraitində işçinin səhhətinin pozulması ilə bağlı məlumat əsasında araşdırma aparılır

Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib

Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edib

Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb

Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə səfir təyin edilib

Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana səfir təyin olunub

Xəzər Boru Kəməri Konsorsiumu neft nəqlini müvəqqəti dayandırıb

Keçmiş məcburi köçkünlər qayıtdıqları evlərə mülkiyyət hüququ əldə edəcəklər

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.