C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyinatı olub.
Diaspor info xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib.
Qeyd edək ki, H.Məmmədov bu təyinatadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini vəzifəsində çalışıb.
Xatıradaq ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev son yaş həddinə çatmasına görə ötən il işindən azad olunmuşdu.
1