• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib

Dünən, 17:00 | Baxılıb: 2
“Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib

Peşəkar Futbol Liqasının (PFL) Ümumi Yığıncağında Elxan Səmədov növbəti dəfə qurumun prezidenti vəzifəsinə seçilib.

Qurumdan Diaspor.info-ya verilən məlumata görə, tədbirdə PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in idarə heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Yığıncaq Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin və dünyasını dəyişmiş futbol adamlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Səsvermə hüququna malik üzvlərin iştirakı ilə yetərsay təmin olunduğu üçün Yığıncaq səlahiyyətli elan edilib. Prosedura uyğun olaraq ilk növbədə Yığıncağın işçi heyəti səsverməyə çıxarılıb.

İşçi heyət təsdiqləndikdən sonra Ümumi Yığıncağın gündəliyi elan olunub. Gündəliyə İctimai Birliyin hesabatının təqdim olunması, icra orqanının seçilməsi və digər cari məsələlər daxil edilib.

Ardınca tədbir iştirakçılarına PFL-in son 4 illik fəaliyyətini əks etdirən geniş videosüjet təqdim olunub. Daha sonra maliyyə hesabatı ilə çıxış etmək üçün söz PFL-in mühasibi Həci Babayevə və ardından müstəqil auditor Natiq Kərimova verilib.

Hesabatlar dinlənildikdən sonra növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezident seçkilərinə start verilib. Vahid namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

Sonda PFL-in İdarə Heyətinin yeni tərkibi səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub. Növbəti 4 il müddətində PFL-in İdarə Heyətində aşağıdakı şəxslər təmsil olunacaqlar:

• Elxan Səmədov – PFL prezidenti

• Məlik Həsənov – İdman işləri üzrə müşavir

• Aslan Şahgəldiyev – Vitse-prezident

• Zaur Hacı-Məhərrəmov – İcraçı direktor

• Elgiz Abbasov – Texniki-idman direktoru

• Sənan Abdullayev – Media və marketinq direktoru

Yığıncağın sonunda AFFA-ya, futbol klublarının nümayəndələrinə və bütün tədbir iştirakçılarına göstərdikləri dəstəyə görə təşəkkür ifadə olunub.скачать dle 10.6фильмы бесплатно


2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək
İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olunub
DƏMX: İsti hava şəraitində işçinin səhhətinin pozulması ilə bağlı məlumat əsasında araşdırma aparılır
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edib
Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb

İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək

İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olunub

DƏMX: İsti hava şəraitində işçinin səhhətinin pozulması ilə bağlı məlumat əsasında araşdırma aparılır

Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib

Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edib

Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb

Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə səfir təyin edilib

Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana səfir təyin olunub

Xəzər Boru Kəməri Konsorsiumu neft nəqlini müvəqqəti dayandırıb

Keçmiş məcburi köçkünlər qayıtdıqları evlərə mülkiyyət hüququ əldə edəcəklər

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.